İSESCO-da məhv edilmiş dini və mədəni abidələrimizdən bəhs olunub


Misir Ərəb Respublikasında rəsmi səfərdə olan Anar Kərimov ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misirin Ali təhsil və elmi araşdırmalar naziri Xalid Əbdülğaffar və Baş müftisi Şövqi Allam ilə görüşüb.

Sumqayit.tv xəbər verir ki, hazırda isə mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində İCESCO-nun Baş Konfransının 14-cü sessiyasında iştirak edir. İclas zamanı çıxış edən A. Kərimov tarixi torpaqlarımız olan Qarabağda 30 illik işğal müddətində dağıdılmış, məhv edilmiş maddi və mənəvi irsimiz, tarixi abidələrimiz, dini məbədlərimiz barədə geniş təqdimatla birgə iştirakçılara məlumat verib. Həmçinin Qarabağ ərazisində yerləşən muzeylərimizə qarşı törədilən mənəvi terrordan da söz açaraq, erməni işğalçılarının oğurladığı, talan etdiyi eksponatların acı taleyindən bəhs edib.
O, həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi barədə söz açıb. Bakı prosesinin davamı kimi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. Bölgədə davamlı sülhün təmin edilməsi və mədəniyyətin dirçəlməsi üçün bu təşəbbüsün önəmini vurğulayıb. Torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən geniş miqyaslı bərpa və quruculuq işlərinin başlanıldığı, xüsusilə də tarix və mədəniyyət abidələrinin, o cümlədən məscidlərlə yanaşı, xristian kilsələrinin də bərpa edildiyi diqqətə çatdırıldı.
Nazir İCESCO və onun Baş Katibinə bu görülən işlərdə dəstəyinə görə təşəkkürünü bildirdi və təşkilatın güclənməsinə, səmərəliliyinin artırılmasına yönələn islahatları alqışladı.


9-12-2021, 11:28 218

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964