Sumqayıtda “Aztelekom”la bağlı internet problemi: sakinlər narazıdır

Sumqayıtın bağlar ərazisində, “Qurd dərəsi” adlanan yaşayış massivində internet problemi yaşanır.

Sakinlərin redaksiyamıza ünvanladığı şikayətlərə görə, artıq bir aya yaxındır ki, ərazidə internet xidməti qeyri-sabitdir. Bildirilir ki, abonentlər aylıq ödənişlərini vaxtında etsələr də, normal internet bağlantısından istifadə edə bilmirlər.

Şikayətlərdə qeyd olunur ki, “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağının qaynar xəttinə dəfələrlə müraciət edilsə də, problem hələ də aradan qaldırılmayıb. Əraziyə texniki heyətin göndərildiyi bildirilsə də, internet qısa müddət sonra yenidən kəsilir.

Sakinlərin sözlərinə görə, təkrar müraciətlər zamanı onlara problemin həllinin əməkdaşların səlahiyyətində olmadığı bildirilib.

Bundan əlavə, iddialara görə, uzun müddət xidmətin göstərilməməsinə baxmayaraq, abonentlərə hər hansı kompensasiya da ödənilmir.

Qeyd edək ki, sözügedən ərazidə on mindən çox ailə yaşayır və hər biri aylıq internet xidmətinə görə ödəniş edir.

Mütəxəssislər problemin mümkün səbəbi kimi ərazidə quraşdırılmış internet paylayıcı avadanlıqların keyfiyyətsiz olmasını göstərirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə-Bizim.media

 


31-03-2026, 21:50 124

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086