
Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
Sumqayit.tv xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon şəhər bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Məlumata görə, imzalanan memorandum iki şəhər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, Şuşa şəhəri indiyədək doqquz şəhərlə qardaşlıq və əməkdaşlıq münasibətləri qurub. Trabzonla imzalanan yeni memorandumdan sonra bu şəhərlərin sayı 10-a çatıb.
Bu gün, 14:43
9