Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri dəyişib.
Sumqayit.tv Xeberle.com-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Baş nazirin müavini Əli Əhmədov Komissiyanın həmsədri təyin olunub.