Məsud Pezeşkian İran prezidenti vəzifəsinə təsdiq olunduqdan sonra ilk xarici səfərini İraqa edəcək.
Sumqayit.tv xəbər verir ki, bu barədə “Əl-Məyadin” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Pezeşkian bu səfəri iraqlı həmkarı Əbdüllətif Camal Rəşidinin dəvətinə cavab olaraq BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına yollanmazdan öncə həyata keçirəcək.
Onun bu səfəri İranın İraqla əlaqələrinin əhəmiyyətindən xəbər verir.