Türkiyənin qaz idxalı kəskin artıb – Ən çox qaz alınan ölkə dəyişdi

 

Türkiyə 2025-ci ilin fevral ayında 6 milyard 433 milyon kubmetr təbii qaz idxal edib.
Sumqayit.tv Eurostat-a istinadən xəbər verir ki, bu, ötən ilin fevralı ilə müqayisədə 20,5 faiz çoxdur. 2024-cü ilin fevralında ölkənin qaz idxalı illik ifadədə 12 faizə yaxın azalmaqla 5,337 milyard kubmetr təşkil etmişdi.

Fevralda idxal olunan qazın 3,063 milyard kubmetri maye qazdır. Bu, 2,355 milyon ton və əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur – ötən ilin fevralında göstərici 1,662 milyard kubmetr olub.
Beləliklə, Türkiyə Avropa ilə birlikdə qlobal LNG bazarında və onun üzərindəki qiymətlərdə artımın aparıcı qüvvələrindən birinə çevrilib. Fevral ayında Avropada maye qaz Asiyadan xeyli baha olub: spot bazarında orta qiymət yanvarda 512 dollardan sonra min kubmetr üçün təxminən 550 dollar təşkil edib.
Türkiyə artıq üçüncü aydır ki, ayda 2 milyon tondan çox LNG idxal edir. Hazırkı səviyyədə Türkiyənin LNG idxalı Hindistan kimi böyük bir bazarla müqayisə edilə bilər.

Türkiyənin LNG qəbul terminalları fevral ayında gücünün 90 faizi ilə işləyib. Ay ərzində ABŞ-dan 2,019 milyard kubmetr alınıb ki, bu da Amerika tədarükləri üçün yeni rekorddur. LNG tədarükünün qalan hissəsi Əlcəzair, Nigeriya, Trinidad və Tobaqo, Kamerun, Oman və Mozambik tərəfindən təmin edilib.
Maraqlıdır ki, fevralda Türkiyənin boru kəməri qazı idxalı illik ifadədə 8 faiz azalaraq 3,37 milyard kubmetr təşkil edib. Rusiyadan - “Qazprom”dan idxal 2,411 milyard kubmetr qəbul edilib ki, bu da illik ifadədə 9,3 faiz azalma deməkdir – ötən ilin fevralında göstərici 2,668 milyard kubmetrə bərabər olmuşdu. İrandan qaz tədarükü simvolik səviyyədə saxlanılıb - 83 milyon kubmetr(illik ifadədə 3 dəfəyə yaxın azalma). Azərbaycandan isə qaz idxalı 13 faizə yaxın artıb - 876 milyon kubmetr (776 milyon kubmetr).

Fevral ayında ölkə yeraltı anbarlardan təxminən bir milyard kubmetr qaz istehlak edib. Halbuki bir il əvvəl fevral ayında demək olar ki, anbarlara toxunulmamışdı. //Musavat.com


28-03-2025, 14:26 251

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086