
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra bu posta əsas namizədin adı açıqlanıb.
Sumqayit.tv-in məlumatına görə, xarici KİV-lər bildirir ki, bu vəzifəyə hökumətdə “sərt xətt” tərəfdarlarının nümayəndəsi, hazırda Məsləhət Şurasının üzvü olan Səid Cəlilinin gətiriləcəyi ehtimal olunur. O, 2007–2013-cü illərdə artıq bu vəzifədə çalışıb və həmin dövrdə İranın nüvə proqramı üzrə əsas danışıqlar aparan nümayəndə olub. Ekspertlər onun mümkün təyinatını Tehranın xarici siyasətdə daha sərt mövqe tutacağının göstəricisi sayırlar.
İranın xarici işlər naziri Abbas Araqçi isə bildirib ki, Laricaniyə qarşı sui-qəsd dövlət idarəçiliyinə təsir etməyəcək. Onun sözlərinə görə, İranın siyasi sistemi kifayət qədər dayanıqlıdır və ölkədə həlledici faktor ayrı-ayrı şəxslər deyil, mövcud idarəetmə strukturudur.

18-03-2026, 10:49
29