Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

Son günlər ölkə ərazisində yağan aramsız yağışlar Kür çayında suyun səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olub. Çayın Zərdab, Kürdəmir və İmişli rayonlarından keçən hissələrində suyun səviyyəsində davamlı artım müşahidə edilir.

Zərdab sakinlərinin Musavat.com-a verdiyi məlumata görə, bəzi yaşayış evləri artıq su altında qalıb. Hazırda təhlükə altında olan ərazilərdən sakinlərin təxliyəsi həyata keçirilir.

Qeyd edək ki, baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə Su Ehtiyatlarından Səmərəli İstifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib. İclasda digər məsələlərlə yanaşı, gursululuq dövründə ölkənin əsas su anbarlarının iş rejiminin tənzimlənməsi ətrafında geniş müzakirələr aparılıb.

Bildirilib ki, bu istiqamətdə əsas diqqət Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd, Mingəçevir və Varvara su anbarlarından ibarət kaskad sisteminə yönəlib. Eyni zamanda, Araz çayı üzərində yerləşən Araz, Xudafərin və Qız Qalası su anbarları, eləcə də əsasən Samur çayından qidalanan Taxtakörpü-Ceyranbatan su anbarları sistemi də nəzarətdə saxlanılır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Bəli, Kür üzərində daşqınlar tarixən həmişə müşahidə olunub. Məsələn, 1890-cı ildə, 1914-1915-ci illərdə, 1950-ci illərdə, 1969-cu ildə və 2010-cu ildə çox güclü daşqınlar baş verib. Yəni bu cür daşqınlar həmişə olub və bundan sonra da müşahidə olunacağı gözləniləndir. Əsas sual budur - 2010-cu ildəki kimi daşqınlar yenidən müşahidə oluna bilərmi? Hələ may ayı qabaqdadır. Kür əsasən aprel və may aylarında daşır. May ayında da Kür hövzəsində qar ərimə prosesi davam edir və suyun daha da artacağı gözlənilir. O baxımdan, müəyyən subasma hallarının olması mümkündür və buna hazır olmaq lazımdır. Çox təəssüf ki, son 10 ildə Kürdə suyun kəskin azalmasından sonra əhalidə, yerli icra strukturlarında və bələdiyyələrdə müəyyən arxayınlıq yaranıb. Nəticədə Kürə çox yaxın ərazilərdə tikililər inşa edilməyə başlanıb. Bu, kökündən yanlış yanaşmadır. Digər tərəfdən, bəndlər var idi və həmin bəndlərin yenilənməsi baş vermədi. Həmin bəndlər boyunca ciddi möhkəmləndirmə işləri aparılmalıdır. Bir də “subasar” anlayışı var. Yəni çayın daşması zamanı su altında qala biləcək ərazilər. Ümumiyyətlə, subasar ərazilər yenidən xəritələşdirilməli və həmin ərazilərdə mümkün qədər tikinti işləri aparılmamalıdır. Bu, çox vacib planlaşdırma məsələsidir. Uzunmüddətli perspektivdə əgər çaya yaxın ərazilərdə evlər tikilərsə, gələcəkdə bunun ağır nəticələri ilə üzləşə bilərik”.

 


24-04-2026, 15:38 330

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086