Onlar da həbs olunacaq? Əli qanlı din xadimləri - FOTOFAKT

 

Qarabağda yaşayan erməni din xadimləri separatçı-terrorçu təşkilatların üzvləridirlər. Erməni din xadimlərinin bu fəaliyyətini sübut edən kifayət qədər faktlar, sübutlar var. Erməniləri xristian dünyasının bir parçası hesab edən, onları bu baxımdan müdafiə etdiklərini əsaslandırmağa çalışan Fransa Senatının nümayəndələri və hakim dairələri anlamalıdırlar ki, erməni qriqoryan dininin müddəaları müasir xristianlığın ideya və prinsipləri ilə ziddiyyət təşkil edir.
Sumqayit.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun erməni din xadimlərinin separatçı-terrorçu fəaliyyəti ilə bağlı araşdırma yazısında qeyd edilib.
Yazıda vurğulanıb ki, xristian dini insanlara dostluq, qardaşlıq, mərhəmət və iman təbliğ edirsə, erməni qriqoryan dinində bu tələblər terrorçuluğa çağırışla əvəzlənir. Bütün bunlara inanmaq üçün tarixə qısa səyahət kifayət edir.
Terrorçuluq ermənilərə həm gəlir mənbəyi (müxtəlif təşkilatların və şəxslərin sifarişlərini yerinə yetirməklə əldə etdikləri gəlirlər), həm də ərazi qazandırmaqda kömək edir. Çar Rusiyası XVII əsrin sonu XIX əsrin əvvəllərində Cənubi Qafqazda öz imperiya siyasətinin həyata keçirilməsində istifadə etmək üçün erməniləri Azərbaycan ərazilərində məskunlaşdırdılar. Bundan sonra ermənilər daha böyük ərazilər əldə etmək üçün separatizm və terror fəaliyyətləri ilə xalqlar arasında ədavəti, düşmənçiliyi qızışdırmağa başladılar.
Xalqlar arasında düşmənçiliyin və ədavətin qızışdırılmasında erməni keşişlərinin çox böyük rolu var. Hətta Ermənistanın baş yepiskopu olmuş I Qareginin, eləcə də II Qareginin bütün çıxışlarının məğzi türklərə qarşı düşmənçiliyə çağırışlar təşkil edir. Birinci Qarabağ müharibəsindən əvvəl I Qaregin Azərbaycanın bir parçası olan Qarabağı işğal etmək üçün bütün dünya ermənilərinə müraciətlər edir, azərbaycanlılara mərhəmət göstərmədən onları məhv edib torpaqları ələ keçirməyə çağırırdı. I Qaregin din xadimlərini terror qruplarına göndərərək, döyüşçüləri cinayətlərə ruhlandırmağa, terror qrupları tərkibində döyüşüb nümunə göstərməyə təhrik edirdi.
Dünyada elə bir xalq yoxdur ki, onun din xadimləri erməni din xadimləri qədər qəddar, insanlığa yaraşmayan cinayətkar fəaliyyətlə məşğul olsunlar. Ermənilərin iddialarına baxmayaraq, 1989-cu ilə qədər Qarabağda heç bir erməni dini icması mövcud olmayıb. Sovet imperiyası dövründə ateist təbliğatı SSRİ-də heç bir dinin təbliğinə icazə vermirdi. 1987-ci ilin sonlarından etibarən Ermənistanın hökumət rəhbərləri Erməni Qriqoryan Kilsəsinin başçısı I Qareginin xeyir-duası ilə açıq şəkildə Azərbaycanın Qarabağ regionuna ərazi iddiaları ilə çıxış etməyə başladılar.
I Qarigen 1989-cu ildə Sov.İKP MK-nın baş katibi M. Qorbaçovun göstərişi ilə Parqev Martirosyanı Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ üzrə arxiyepiskopu təyin etdi. 1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan, Azərbaycanın beynəlxalq aləmdə müstəqilliyinin tanınmasından qısa müddət sonra Ermənistanın ölkəmizə qarşı hərbi əməliyyatları, hücumları, təxribatları, terror aktları daha intensiv xarakter aldı. Parqev Martirosyan Birinci Qarabağ münaqişəsi başlayandan sonra buradakı terror hadisələrinin “ilhamverici” qüvvəsinə çevrildi. O, eyni zamanda, erməni terror qrupları üçün döyüşçülər yetişdirilən xüsusi hərbi bazalarda təlimlərdə müəllim kimi fəal iştirak edirdi. P.Martirosyanın 1992-ci il mayın 8-də döyüşçü kimi Şuşanın işğalı zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirdiyi onun döyüş yoldaşlarının xatirəsindən silinmir. Dostları onu “qəhrəman döyüşçü” kimi xatırlayırlar.
Şuşa şəhərinin işğalı üçün əməliyyat başlamamışdan əvvəl arxiyepiskop döyüşçülərə xeyir-dua verərək, döyüşlər başlayanda onların önündə gedəcəyini vəd edirdi. Şuşa şəhəri işğal olunduqdan sonra isə əsgərlərlə birlikdə “Qazançı” kilsəsinə daxil olaraq oranı özünün iqamətgahı elan etmişdi. Əli yüzlərlə azərbaycanlının qanına batmış arxiyepiskop Martirosyan 1992-2020-ci illərdə Qarabağda azərbaycanlılara qarşı törədilən cinayətlərin bir çoxunun iştirakçısı və “ilhamverici” qüvvəsi olub. Törətdiyi cinayətlərdən qorxan Parqev Martirosyan Qarabağ regionu işğaldan azad olunan zaman yaranmış qarışıqlıqdan istifadə edərək İrəvana qaçmağı bacarıb.
1992-ci ildə Azərbaycana qarşı ərazi iddiaları zəminində Ermənistan silahlı qüvvələrinin hücumları zamanı erməni qriqoryan dininə xidmət edən din xadimləri cinayətkarlara çevrildi. Təxribatların başında erməni terrorçuları ilə bərabər, din xadimləri də xüsusi dayanırdılar.








7-10-2023, 11:30 214

Digər xəbərlər

Dənizkənarı kirayə bazarı bahalaşır – Sumqayıt alternativ kimi ön plana çıxır

Sumqayıtda illərdir baxımsız qalan küçələr – sakinlər problemin həllini istəyir - FOTO/VİDEO

Sumqayıtda sakinlər yoldakı problemə görə kömək istəyirlər - FOTO

Abbas Əraqçi Pakistana gedir: Vaşinqtonla kritik görüşün detalları sızdı

Sumqayıt məktəbliləri buraxılış imtahanında maksimum nəticə göstəriblər - FOTO

Qobustanda torpaq çökdü – 1 nəfər xilas edildi, 1 nəfər həlak oldu - VİDEO

Əli Əsədov fərdi istilik sistemləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

İran raket taktikasını DƏYİŞDİ: Yeraltı bazalarda təhlükəli əməliyyat - FOTOLAR

AZAL-dan Naxçıvan reysləri ilə bağlı sərnişinlərə çağırış

Qadınları pul müqabilində görüşdürən şəxs həbs olundu – Sumqayıtda da fəaliyyət göstərib

Sumqayıtda sakinlər 20 illik yol probleminə görə kömək istəyirlər - FOTO

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sumqayıtda sakinlərdən tikinti şikayəti: “Evimiz çatlayıb” – qarşı tərəf iddiaları rədd edir

Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi

Sumqayıtda yarımçıq tikili milyonlarla manata satıldı

Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI

Etimaddan Strateji İttifaqa: Bakı–Riqa geosiyasi yaxinlaşması

Azərbaycanda qəsdən adam öldürməyə görə cəzalar açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1044
Dünən, 20:45
Dünən, 19:00
Dünən, 16:46
Dünən, 16:39
Dünən, 16:34
Dünən, 16:02
Dünən, 15:54
Dünən, 15:38
Dünən, 15:36
Dünən, 15:33
Dünən, 15:11
Dünən, 14:42
Dünən, 14:16
23-04-2026, 21:21
23-04-2026, 19:28
23-04-2026, 19:18
23-04-2026, 16:26
23-04-2026, 16:17
23-04-2026, 12:26
23-04-2026, 12:18
23-04-2026, 11:56
23-04-2026, 11:46
23-04-2026, 09:53
23-04-2026, 09:46
23-04-2026, 09:19
22-04-2026, 22:36
22-04-2026, 22:32
22-04-2026, 19:38
22-04-2026, 19:25
22-04-2026, 19:11
22-04-2026, 17:59
22-04-2026, 16:39
22-04-2026, 16:27
22-04-2026, 16:23
22-04-2026, 15:17
22-04-2026, 14:45
22-04-2026, 14:39
22-04-2026, 14:31
22-04-2026, 14:29
22-04-2026, 13:21
1 2 3 4 5 6 7 8 9 10 ... 1044