
Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsində yaşayan sakinlər yolun bərbad vəziyyətdə olması ilə bağlı redaksiyamıza müraciət ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, sözügedən küçədə asfalt örtüyü bir neçə hissədə tamamilə sıradan çıxıb və yol istifadəyə yararsız vəziyyətə düşüb.
Müraciətdə bildirilir ki, mövcud vəziyyət səbəbindən ərazidə hərəkət çətinləşib, xüsusilə yaşlı insanlar, uşaqlar və sakinlər gündəlik gediş-gəliş zamanı problemlə üzləşirlər.
Onların sözlərinə görə, əsas yola çıxan hissədə də vəziyyət uzun müddətdir həll olunmayıb və ərazi sakinlərini narahat edir.
Sakinlər aidiyyəti qurumlardan problemin araşdırılmasını, asfalt örtüyünün yenilənməsini və məsələnin qısa müddətdə həll olunmasını xahiş edirlər.

24-04-2026, 16:46
347