
Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qazıntı işləri aparılan zaman torpaq qatının çökməsi nəticəsində ağır hadisə baş verib.
Sumqayit.tv xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, torpaq uçqunu nəticəsində 2 nəfər torpaq altında qalıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib ki, məlumat daxil olan kimi əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Xilasedicilərin həyata keçirdiyi əməliyyat nəticəsində 1 nəfər (kişi cinsli) xilas edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfərin isə meyiti çıxarılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, xilas edilən 1976-cı il təvəllüdlü şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona “müştərək travma” diaqnozu qoyulub və hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə nəticəsində 1971-ci il təvəllüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu gün, 16:02
9