
Nərimanov Rayon Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən Fatimə Əsədovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın yaydığı məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
İttihama əsasən, o, müxtəlif vaxtlarda bir neçə qadını pul müqabilində kişi müştərilərlə görüşdürərək bu fəaliyyətdən maddi gəlir əldə edib.
Cinayət işinin materiallarında qeyd olunub ki, qadınların bir qismi Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhərində yerləşən müxtəlif otellərdə də kişi müştərilərlə görüşdürülüb.
Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib və barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Sonda məhkəmə təqdim olunan sübutları araşdıraraq hökm elan edib.
Bu gün, 15:11
35