Moskvanın Azərbaycanla bağlı MƏKRLİ PLANI – Sirlər açıldı


  Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları son günlər artıb. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar. N.Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir.

Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır. İş o həddə çatıb ki, “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürür.

Mövzu ilə bağlı  danışan politoloq Turan Rzayev bildirib ki, Azərbaycan tərəfinin Rusiya ilə heç bir problemi yoxdur:

“Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa propaqandçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Vəziyyət o yerə çatıb ki, mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham etməyə başlayıblar. Prinsipcə Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Tərəflər arasında gərginliyin hərbi toqquşmaya keçməsi də real deyil. Lakin rəsmi Bakı haqlı olaraq təyyarəmizin vurulması məsələsində tələblərini Moskvaya bildirir. Çünki Rusiya və Azərbaycan bərabərhüquqlu ölkələrdir. Yəni Azərbaycan heç kimdən asılı deyil. Rəsmi Bakı hamı ilə əməkdaşlığa hazırdır. Rusiya bunu unutmamalıdır. Kremlin unutmamalı olduğu bir məqamda heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı xoşagəlməz davranışın olmamasıdır. Amma Rusiya tərəfi 2020-ci il Vətən müharibəsi dövründə erməniləri silahlandırmağa davam edib, hətta “İsgəndər”, “Pantsir”, “Pole 3M” və digər sistemləri bu ölkəyə verib”.

Rusiya bu addımları ilə Moskva Bəyannaməsinin bəndlərini pozur:

“Geosiyasi vəziyyət dəyişib. Bir zamanlar Rusiyanın təzyiq rıçaqları çox idi. Amma Azərbaycan artıq o ölkə deyil ki, Sumqayıt hadisələrini təşkil etmək, Yanvar qırğını törətmək, Xocalı soyqırımı gerçəkləşdirmək mümkün olsun.

Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı bu ölkə ilə imzalanan Moskva Bəyannaməsinə (2022) yenidən baxmalı ola bilər. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır. Ən əsası, Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur”./Yenisabah.az

8-02-2025, 17:35 160

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041