İsrail İranın hücumlarına görə 1 günə MİLYONLAR xərcləyir - ŞOK RƏQƏM

 

Bütün dünyanın yaxından izlədiyi İran-İsrail müharibəsi qarşılıqlı raket hücumları ilə davam edir. İsrail iyunun 13-də İrana hücuma keçib. Bu hücumdan sonra İran cavab olaraq İsraili ballistik və hipersəs raketləri ilə vurmağa başlayıb.

Havada olan raketlərin bir hissəsini məhv edən İsrailin hava hücumundan müdafiə sistemi də İrandan gələn onlarla raketin qarşısını ala bilməyib.

Sumqayit.tv xəbər verir ki, İsrail mediası müdafiə sisteminin bir gecəlik xərcini açıqlayıb.

Hücumlara qarşı hava hücumundan müdafiə əməliyyatlarının dəyərinin təxminən 287 milyon dollar olduğu bildirilib.

Məlumata görə, İran raketlərinin əksəriyyəti Arrow2 və Arrow3 sistemləri ilə dayandırılır, Şərqi Aralıq dənizində ABŞ esmineslərindən atılan THAAD sistemi və SM-3 raketləri də aktivləşdirilib, David's Sling sisteminin də inventarda olduğu, lakin hazırda əsas narahatlıq mənbəyinin Arrow sistemləri olduğu qeyd edilib.

Sözügedən xəbərdə Arrow3-ün təxminən yüzdə 90 müvəffəqiyyət nisbətinə, THAAD sisteminin isə yüzdə 40 müdaxilə nisbətinə sahib olduğu təxmin edilir.

İsrailin iqtisadi qəzeti "Globes" ölkənin hava hücumundan müdafiə sistemlərinin dəyərinin dövlət büdcəsinə ciddi yük yaratdığını yazıb. Müvafiq olaraq, bir hədəfin zərərsizləşdirilməsinin dəyəri Dəmir Qübbə üçün 30.000 dollar, David's Sling üçün 700.000 dollar, Arrow2 üçün 1,5 milyon dollar və Arrow3 üçün 2 milyon dollardır.

İsrail mediası bildirib ki, İranın bir gecədə ballistik raketlər atması Tel-Əvivə təxminən 287 milyon dollara başa gəlib.

Qeyd edək ki, İsrailin hava hücumundan müdafiə sistemi təhdid dairəsindən asılı olaraq dörd fərqli təbəqədən ibarətdir. Dəmir Qübbə (4-70 km) sistemləri qısa mənzilli təhlükələrə qarşı, David's Sling (40-300 km) orta mənzilli təhlükələrə qarşı, Arrow2 (təxminən 500 km) uzunmənzilli təhlükələrə qarşı və Arrow3 (təxminən 2400 km) qitələrarası hücumlar üçün işə düşür. //Musavat.com


18-06-2025, 12:35 259

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086