İzmirdə Novruz şənliyi keçirildi – Diaspor, mədəniyyət və qardaşlıq günləri - Foto

 

İzmir şəhərində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və federasiyaya bağlı Türkiyə-Azərbaycan Dostluq Federasiyasının dəstəyi, həmçinin İzmir Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə genişmiqyaslı Novruz şənliyi keçirilib. Tədbirə İzmir Böyükşəhər Bələdiyyəsi də dəstək göstərib.

Sumqayit.tv xəbər verir ki, şənlikdən əvvəl Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti İzmirə rəsmi səfər edib. Heyət əvvəlcə Karşıyaka rayonunda yerləşən Heydər Əliyev parkını ziyarət edib, Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.

Ziyarət zamanı Fuad Muradov, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Karşıyaka bələdiyyə başqanı Mustafa Övsən çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da möhkəmləndiyini vurğulayıblar.

Daha sonra nümayəndə heyəti İzmir valisi Süleyman Elban ilə görüşüb. Görüşdə iki qardaş ölkə arasında regional əməkdaşlığın genişləndirilməsi, diaspor fəaliyyətinin gücləndirilməsi və mədəni əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Valilikdə keçirilən görüşdən sonra heyət İzmir Milli Kitabxanasına baş çəkib. Burada Fuad Muradov və Rəşad Məmmədov kitabxananın fond rəhbəri, vəkil Ulvi Tuğla ilə görüşərək Azərbaycandan gətirilmiş kitabları kitabxanaya hədiyyə ediblər. Görüş zamanı kitabxanada Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi guşənin yaradılması barədə razılıq əldə olunub. Bildirilib ki, bu addım Azərbaycan yazarlarının Türkiyədə daha geniş tanınmasına və milli-mənəvi bağların möhkəmlənməsinə xidmət edəcək.

Səfər çərçivəsində İzmir və ətraf bölgələrdə yaşayan soydaşlarla da görüş keçirilib. Təxminən 600 nəfərin iştirak etdiyi görüşdə Fuad Muradov diaspor üzvlərinin təklif və problemlərini dinləyib. Görüşə Güney Azərbaycan, Iğdır, Qars və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar, həmçinin İzmir və Manisada fəaliyyət göstərən dərnək rəhbərləri qatılıblar.

Tədbir zamanı Prezident İlham Əliyevin Qarabağla bağlı çıxışlarını əks etdirən videoçarx nümayiş olunub və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Axşam saatlarında Novruz şənliyi “Azərbaycan gecəsi” adlı bədii proqramla davam edib. Proqramda Azərbaycandan dəvət olunmuş tanınmış sənətçilər çıxış edərək tədbirə xüsusi rəng qatıb. Gecənin aparıcılığını Azərbaycanın Türkiyədəki mədəniyyət təmsilçisi, sənətçi Roza İbadova edib. Həmçinin İzmirdə təhsil alan azərbaycanlı tələbələr səhnəyə çıxaraq qonaqları salamlayıblar.

Tədbir çərçivəsində Azərbaycan dövləti tərəfindən təsis olunan medallar da təqdim edilib. Türkiyə-Azərbaycan Dostluq Federasiyasının üzvü, İzmir Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Əşrəf Tuna diaspor fəaliyyətindəki xidmətlərinə görə medalla təltif olunub. Müstəqil jurnalist Nigar Ögeda da diaspor işində fəallığına görə mükafatlandırılıb.

Keçirilən Novruz şənliyi diaspor, mədəniyyət və qardaşlıq dəyərlərinin bir araya gəldiyi yaddaqalan tədbir kimi qiymətləndirilib. Tədbir Azərbaycan və Türkiyədə yaşayan soydaşlar arasında birlik və həmrəyliyin daha da möhkəmləndiyini bir daha nümayiş etdirib.

 

 

 

 

 

 

 

 

 

 

 


 


19-03-2026, 09:46 162

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040