Eldar Həsənova vəkilləri hansı səbəbdən Avropa Məhkəməsinə məktub göndəriblər?

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Buna baxmayaraq, onun səhhətində hələ də bir sıra başqa problemlərin qaldığı bildirilir.

Sumqayit.tv-in xəbərinə görə, bu barədə Bizimyol.info-ya Eldar Həsənovun yaxınları məlumat verərək bildirib ki, əməliyyat iyulun 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında olub: “Eldar Həsənov bağırsaq problemi ilə əlaqədar əməliyyat olunub, hələ də hospitaldadır. Əməliyyatdan sonra vəziyyəti stabil olsa da, səhhətindəki başqa problemlərə görə ümumi sağlıq durumu yaxşı deyil. Onun səhhətində xeyli vaxtdır ki, çox ciddi problemlər var. Vəkilləri də dəfələrlə bunu dilə gətiriblər. Təəssüf ki, istintaq dövründə uzun müddət ona adekvat tibbi yardım göstərilmədi”.
Aprel ayında keçmiş səfirin vəkilləri onun sağlıq durumuyla əlaqədar Avropa Məhkəməsinə müraciət edərək, onun həyatının təhlükə qarşısında olduğunu bildiriblər. Qeyd olunub ki, Eldar Həsənov təcili şəkildə xəstəxanaya köçürülüb, ehtiyacı olan müalicəni ala bilməsə, o, həyatını itirə bilər. Avropa Məhkəməsi mayın 7-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovla bağlı qərar qəbul edib. Qərara əsasən, keçmiş səfir stasionar qaydada hospitala yerləşdirilməklə, komleks qaydada müayinə, müalicə olunmalı, onun üzərində ehtiyacı olan cərrahiyyə əməliyyatı aparılmalıydı:
“Bu qərarın qəbulundan iki aya yaxın vaxt keçsə də, icra olunmurdu. Ona görə vəkillər yenidən Avropa Məhkəməsinə məktub göndərdilər. Bu müraciət əsasında Avropa Məhkəməsi 23 iyun 2021-ci ildə əvvəlki qərarını daha sərt formada təkrarladı, təcili olaraq Eldar müəllimin stasionara yerləşdirilməsini tələb etdi. Bu qərardan on gün vaxt keçəndən sonra – iyulun 2-də onu DTX-nın hospitalına köçürdülər. Müalicənin, əməliyyatın yubanması da Eldar Həsənovun səhhətindəki problemləri daha da kəskinləşdirdi”.
Keçmiş səfir ötən il avqustun 13-də həbs olunandan DTX-nın istintaq təcridxanasında saxlanılırdı.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma o, özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir.

14-07-2021, 11:00 247

Digər xəbərlər

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
1 2 3 4 5 6 7 8 9 10 ... 1086