
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tv-in məlumatına görə, 2004-cü il təvəllüdlü Eltac Davudovun idarə etdiyi "Chevrolet Cobalt" markalı minik avtomobili yolu keçən 1982-ci il təvəllüdlü Mirzəyeva Xəyalə Əkbər qızını vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. / Report
20-03-2026, 15:43
45