
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
Sumqayit.tv Report.az-a istinadən xəbər verir ki,hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən yataqxanada baş verib. İlkin məlumata görə, qardaşlar arasında yaranan mübahisə zamanı Zəfər Qubadov qardaşı Cəfər Qubadov tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb ona lazımi tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən Cəfər Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
4-04-2026, 00:30
23