
Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin səhhəti ilə bağlı rəsmi açıqlama verilib.
Sumqayit.tv Oxu.Az-a istinadən xəbər verir ki,Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, aprelin 3-ü saat 23:20-də 1990-cı il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Məlumata görə, pasiyentə sol saidin kəsilmiş yarası diaqnozu qoyulub və ona zəruri tibbi xidmətlər göstərilib.
Həkimlərin sözlərinə əsasən, yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
4-04-2026, 12:58
21