
Sumqayıt şəhərində yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sumqayit.tv Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Bildirilir ki, 2010-cu il təvəllüdlü Sumqayıt sakini İsayeva Fəxriyyə Emin qızı yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmə dərhal tibb müəssisəsinə yerləşdirilib. Lakin həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
4-04-2026, 13:03
23