Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

 

Sumqayıtdan Quba rayonuna gedib bacısını öldürməyə cəhddə təsirləndiriləndirilən Murad Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayit.tv xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Məhərrəmov 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il sentyabrın 23-də Quba rayonunun Xucbala kəndində baş verib. Kənd sakini Elməddin Lalayev 4 dəfə ailəli olub boşanandan sonra Sumqayıt şəhər sakini, 2 uşaq anası olan Şamama Kərimova ilə "TikTok" sosial şəbəkəsində tanış olub. Ailəli olan Ş.Kərimova Elməddinə həyat yoldaşından narazılıq edib və evdən qaçmaq istədiyini bildirib. Kənddə çoban işləyən Elməddin Şamama ilə bir müddət sevgili kimi danışıb. Şamama isə onunla evlənmək istədiyini bildirib. Sentyabrın 21-də Elməddin taksi ilə Sumqayıt şəhərində Şamama ilə görüşüb və onlar birlikdə Quba rayonunun Xucbala kəndinə gediblər.

Həmin gün Şamama Kərimovun həyat yoldaşı qadının evə gəlmədiyini görüb, bu barədə onun qardaşı Murad Məhərrəmova məlumat verib. M.Məhərrəmov bacısı ilə əlaqə saxlayıb. Məlum olub ki, Şamama Kərimova Elməddin adlı şəxslə evlənmək məqsədilə Quba rayonuna qaçıb. Murad özü ilə bıçaq götürərək, Quba rayonu Xucbala kəndinə gedib, Elməddinin evini soruşub. Həmin vaxt o, kənd ərazisində zibil atmağa gedən bacısı Şamama ilə rastlaşıb. Bacı-qardaş arasında mübahisə yaranıb və Murad Şamamaya 8 bıçaq zərbəsi endirərək, onu öldürməyə cəhd edib. Daha sonra Murad hadisə yerindən qaçıb.

Ş.Kərimova xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən M.Məhərrəmov saxlanılıb. /Oxu.az


13-04-2026, 16:23 241

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086