16 nəfər oğru saxlanılıb

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 16 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindən “Avtomobil Yollarının Mühafizəsi” MMC-yə məxsus bir ədəd məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Elbruz Fətullayev müəyyən edilərək saxlanılıb. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1 200 manat dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 14 nəfər rayon sakini - Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov, C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov, Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıblar.
Şəxsi axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan başqa həmin şəxslərdən üçünün - O.Məmmədov, S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

26-04-2022, 15:30 225

Digər xəbərlər

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1086