Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

 

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə barədə məlumat verib.

Bildirib ki, layihə Milli Məclisə cənab Prezidentin imzası ilə daxil olub:

“”Anlaşma emorandumu” 22 iyul 2025-ci il tarixində İstanbul şəhərində, Azərbaycan Respublikasının müdafiə naziri və Türkiyə Respublikasının milli müdafiə naziri tərəfindən imzalanıb, məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Sənəd Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir”.

A.Nağıyev deyib ki, sənəd 8 maddədən ibarətdir:

“Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər. Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.

Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları (məxfi, tam məxfi, xüsusi əhəmiyyətli) bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.

Tərəflər arasında bu Memorandumun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yaranan fikir ayrılıqları yalnız tərəflər arasında keçiriləcək danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir”.

Komitə sədri əlavə edib ki, Anlaşma Memorandumuna tərəflərin qarşılıqlı yazılı razılığına əsasən, istənilən zaman düzəliş və ya əlavələr edilə bilər:

“Tərəflərdən hər biri digər tərəfə ləğvetmə niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirərək Memorandumu ləğv edə bilər. Bu halda Memorandum həmin bildirişin alındığı tarixdən 60 gün sonra ləğv edilir. Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir. Layihə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunmuş və plenar iclasa tövsiyə edilib”.

Deputatlar Hikmət Babaoğlu, Sahib Alıyev, Bəhruz Məhərrəmov və digər deputatlar çıxış etdikdən sonra sənəd təsdiqlənib. /Musavat.com


16-12-2025, 12:45 31

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058