Polad Həşimovun Aprel döyüşlərindəki FOTOSU

 

Polad Həşimovun Aprel döyüşləri zamanı cəbhədə çəkilən şəklini həyat yoldaşı Ofelya Salmanova paylaşıb.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri kimi düşən bu hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edirdi.

Cəbhənin Tərtər istiqamətində gedən döyüşlərin idarə olunması məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi xüsusi xidmətlərə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunur.

Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərin uğurlu idarə edilməsinə görə Polad Həşimova mənzil hədiyyə edilib. Lakin kirayədə yaşamasına baxmayaraq, o, həmin mənzili Aprel döyüşlərində şəhid olan hərbçinin ailəsinə bağışlayır.

Qeyd edək ki, Polad Həşimov 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb./Milli.Az 

 


2-04-2026, 13:16 114

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086