Anar Xanlarov: “Hakim səhvləri ‘Sumqayıt’ın uğursuzluğunda ciddi rol oynayıb”

 
Futbol eksperti və idman jurnalisti Anar Xanlarov, “Sumqayıt”ın son matçlarında hakimlərin buraxdığı səhvlərlə bağlı mövqeyini açıqlayıb. O, “Sumqayıt”–“Neftçi” oyununda Rəhim Həsənovun yaydığı bugünkü videodan sonra penalti epizodunun səhv qiymətləndirildiyini qeyd edib.
Sumqayit.tv xəbər veri ki, jurnalistin sözlərinə görə, bu, qış fasiləsindən sonra “Sumqayıt” klubunun əleyhinə ikinci ciddi hakim səhvidir. Xanlarov xatırladıb ki, “Araz Naxçıvan”la görüşdə hücumçu Murataya qarşı edilən kobudluq da penalti kimi dəyərləndirilməli idi. Daha sonra Rəhim Həsənov həmin epizodda referinin yanlış qərar verdiyini etiraf etmişdi.
Anar Xanlarov qeyd edir ki, komanda tənqid olunsa da, real mənzərə göstərir: uğursuz nəticələrdə yalnız komandanın oyunu deyil, hakim faktorunun da təsiri böyük olub.
Ekspert vurğulayıb:
“İki əsas rəqiblə oyunda eyni ssenari təkrar olunur. ‘Araz Naxçıvan’la oyunda haqlı penaltini vermirlər, ‘Neftçi’ ilə matçda isə hesab 0:0 olanda ‘Sumqayıt’ın qapısına əsassız penalti təyin edirlər. Bu cür qərarlar Avrokuboklara vəsiqə mübarizəsinə birbaşa təsir göstərir.”
Hazırda sosial şəbəkələrdə də həmin epizodlar geniş müzakirə olunur və AFFA Hakimlər Komitəsinin mövqeyi gözlənilir.


9-04-2026, 10:21 274

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086