Azərbaycanın 6 bölgəsində toxum sərgi-satış yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı  ilə respublikanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçiriləcək.  Yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul  olan şirkətlər, fermerlər iştirak edəcəklər.
Nazirlikdən Sumqayit.tv-yə verilən məlumata görə Yarmarkalarnın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Yarmarkalarda əsasən arpa, buğda və tərəvəz toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq. 
Sərgi yarmarka çərçivəsində, həmçinin “Milli toxum ehtiyatının inkişafı”, “Xaricdən toxum asılılığını azaltmaq”, “Maksimum dəyər yaradan, təkmilləşmiş sortların toxumunun tez bir zamanda əkin dövriyyəsinə cəlb edilməsi”, “Özəl toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi üçün sabit çərçivənin yaradılması”  və digər mövzular üzrə müzakirələr aparılacaq.
Toxum istehsalı üzrə respublikada torpaq iqlim zonaları və inzibati rayonlarının zonalar üzrə bölündüyünü nəzərə alaraq toxum sərgi-satış yarmarkaları aşağıdakı qrafik üzrə keçiriləcək: 
1 sentyabr - Şamaxı
3 sentyabr - Şəki
6 sentyabr - Agcabədi
8 sentyabr - Saatlı
10 sentyabr - Cəlilabad
13 sentyabr - Xaçmaz 
Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidir. Yerlər məhduddur.

24-08-2021, 11:25 210

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086