Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi bahalaşıb.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,65 ABŞ dolları və ya 0,77% artaraq 84,6 dollara çatıb.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
Oxu.Az