Endirim, yoxsa fırıldaq... - "Black friday" kimin cibini doldurur?

 

Sabah bütün dünyada "black friday", yəni "qara cümə" adı altında mağazalarda məhsullara xüsusi endirimlər təşkil ediləcək. Son illər bu ənənə ölkəmizdə də formalaşmağa başlayıb.
Paytaxtın bəzi mağazaları həmin gün endirimlər edərək, müştəriləri cəlb etməyə çalışırlar. Lakin bir çoxları bu endirimlərin həqiqi olmadığını, ya da az olduğunu deyirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında marketoloq Bəylər Əlizadə bildirib ki, "qara cümə" endirimlərinin bir neçə məqsədi var.
"Mağazalar var ki, "qara cümə"ni rəqibindən geri qalmamaq, stokda qalan malı satmaq üçün edir. Lakin bunlarla yanaşı, ciddi endirim edən mağazalar da var. Böyük mağazalar ciddi endirimlərə gedə bilirlər. Bununla onlar stokda qalan mallarını satırlar. Stokdakı mallar da illərdir satılmayanlardır. Bunun özü də mağazalar üçün xərcdir. Onlar bu məhsullardan qurtulmaq üçün "qara cümə" bəhanəsi ilə endirim edirlər. Çünki belə məhsulları adi günlərdə endirim edib satmaq da çətin olur. Lakin "qara cümə" yanaşması insanlarda psixoloji olaraq məhsulun stokda qalmasını arxa plana atır. İnsanlar düşünürlər ki, endirimlə məhsul alırlar.
Ətraflı
Paytaxtdakı mağazalara nəzər salsaq, daha çox "qara cümə"dən əvvəl qiymətlərin qaldırılıb, sonra endirildiyini müşahidə edərik. "Qara cümə"də minimal endirim 40%-dən yuxarı olmalıdır".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bu günlərdə satıcılar keyfiyyətsiz malları satmağa çalışır.
"Burada əsas niyyət sahibkarların çoxlu gəlir əldə etməsidir. Belə ki, ölkəmizdə "qara cümə"yə iki ay qalmış qiymətlər bilərəkdən qaldırılır. Guya sonra endirirlər. Bu, böyük bir marketinq layihəsidir. İnsanlara sıradan çıxan malları satırlar", - deyə o qeyd edib.

25-11-2023, 10:30 190

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086