Azərbaycanda ilk dəfə: E-ticarət İnkubasiya Proqramı - 30,000 ₼ mükafat!


Azərbaycanın startap ekosistemini gücləndirmək oktyabr ayından başlayaraq “eCom X” adlı unikal e-ticarət təlim və inkubasiya proqramına start verilib.
Sumqayit.tv
bildirir ki, Valyuta.Az-ın verdiyi xəbərə görə, Bakı, Sumqayıt, Gəncə və Lənkəran da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrindən olan iştirakçılar bu proqramda onlayn olaraq iştirak edə bilərlər. Proqramın əsas məqsədi 3 ay ərzində iştirakçılara sıfırdan e-ticarət biznesi qurmağı öyrətmək və onları uğurlu e-ticarət liderlərinə çevirməkdir.
Təlim zamanı iştirakçılar e-ticarətin əsas prinsipləri, məhsul seçimi, rəqəmsal marketinq strategiyaları, onlayn mağazaların yaradılması və idarə edilməsi kimi vacib mövzuları ətraflı öyrənəcəklər. Bununla yanaşı, e-ticarət bizneslərini necə böyütmək və genişləndirmək haqqında praktiki biliklər əldə edəcəklər. 
Təlim proqramının sonunda keçiriləcək “Ideathon” mərhələsində iştirakçılar öz e-ticarət layihələrini təqdim edəcəklər və 16 ən yaxşı ideya seçilərək 3 aylıq inkubasiya proqramına qəbul ediləcəklər. 
İnkubasiya mərhələsi iştirakçılara bizneslərini inkişaf etdirmək, onlayn mağazalarını qurmaq və satışlarını artırmaq üçün əlavə dəstək verəcək. 
30,000 AZN mükafat fondu isə ən yaxşı layihələrin sahibkarlarına verilməklə onların bizneslərini daha da irəli aparmağa kömək edəcək.
Proqramda iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır. Azərbaycanın hər yerindən və dünyanın müxtəlif bölgələrindən iştirak etmək istəyənlər online formada təlimlərə qoşula bilərlər.
Qeyd edək ki, eCom X proqramı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçiriləcək. Tədbir “SUP.az” və BONPARA şirkətlərinin, Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

24-10-2024, 13:32 155

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086