Bu şəxslərə aylıq 250 manat veriləcək


Nazirlər Kabineti “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi” Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir. 
Sumqayit.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov qaydanı şərh edib.Sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir. Qaydaya əsasən rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir. Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir. Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir. İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirir. Bu halda həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur.Qeyd edək ki, kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.

3-03-2025, 12:16 292

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041