Sumqayıtda rezident olan şirkət 7,6 milyon manatlıq müqavilə imzalandı

 

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi təcili tibbi yardım avtomobillərinin alınması üçün “Az-Tex-Import” MMC ilə 7 milyon 626 min 63,88 manat dəyərində müqavilə imzalayıb.

Sumqayit.tv xəbər verir ki, məlumata görə, müqavilə çərçivəsində müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili yardım və digər təyinatlı avtomobillər alınacaq. Sifariş bir mənbə üzərindən həyata keçirildiyindən, ümumilikdə neçə avtomobilin alınacağı açıqlanmayıb.

Qeyd edək ki, “Az-Tex-Import” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Şirkət 2022-ci ildə qeydiyyata alınıb və bu ilin aprelində Sumqayıtda “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərin yığımı üçün zavod istifadəyə verilib. Müəssisədə xüsusi təyinatlı texnikaların istehsalı həyata keçirilir.

Şirkət bu günlərdə digər böyük dövlət sifarişlərini də əldə edib. Regional Su Meliorasiya Xidmətinə istehsal təyinatlı qəza-bərpa mexanizmlərinin satışı üçün 17 milyon 982 min 799,98 manatlıq, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə isə müxtəlif xüsusi təyinatlı texnikaların satışı üçün 6 milyon 959 min 659 manatlıq müqavilə imzalanıb.

Nizamnamə kapitalı 226 min 10 manat olan şirkətin hazırkı qanuni təmsilçisi İlkin İbadullayevdir. Açıq mənbələrdə onun fəaliyyəti ilə bağlı məlumatlar məhduddur. Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu vəzifəni 2022-ci ilin noyabrınadək Samir İbadullayev icra edib.


11-12-2025, 09:00 66

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086