Sumqayıtda yeni istehsal müəssisəsi: İldə 3 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək

Sumqayit.tv xəbər verir ki, Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən “Nun” MMC tərəfindən laminatlı və polipropilen kisə istehsalı üzrə yeni müəssisə yaradılacaq.

Bu barədə Prezident İlham Əliyevin izi ilə Sumqayıt Sənaye Parkına təşkil olunan mediatur çərçivəsində “Nun” MMC-nin direktoru Ələsgər Mustafayev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, ötən il parkın rezident statusunu alan şirkət tərəfindən həyata keçiriləcək layihə çərçivəsində bir hektar ərazidə istehsal müəssisəsinin inşası nəzərdə tutulur. Almaniya texnologiyası əsasında qurulacaq zavodun illik istehsal gücü 1 680 ton laminatlı kisə və 1 440 ton polipropilen kisə olmaqla, ümumilikdə 3 120 tondan çox olacaq. İstehsal ediləcək məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Ə.Mustafayev bildirib ki, layihənin icrası nəticəsində 140 daimi iş yerinin yaradılması planlaşdırılır. İnvestisiya dəyəri 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat məbləğində güzəştli kreditin ayrılması nəzərdə tutulub. Eyni zamanda, müəssisə üçün idxal ediləcək avadanlıqların ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.

Direktorun sözlərinə görə, müəssisədə istehsal olunacaq kisələr əsasən kənd təsərrüfatı, sənaye və tikinti sahələrində qablaşdırma məqsədilə istifadə ediləcək. İstehsal prosesində əsas xammal kimi “SOCAR Polymer” müəssisəsinin yerli polipropilen məhsullarından istifadə olunacaq ki, bu da yerli istehsalın dəstəklənməsinə və məhsul keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.


29-01-2026, 14:27 70

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086