İlham Əliyev Rusiyanın baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu qeyd edərək, daha əvvəl əldə edilmiş razılıqların yerinə yetirilməsindən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinə toxunub və komissiyanın iclasında görülmüş işlərin nəzərdən keçiriləcəyinə, həmçinin ənənəvi əməkdaşlıq sahələrindən başqa potensial istiqamətlərin, o cümlədən ticarət və xidmətlərin həcminin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyinə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı Aleksey Overçukun ölkəmizə səfəri zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bununla əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirib. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.
Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb. Qonaq Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin önəmini vurğulayıb.
Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit, logistika, maliyyə, bank, energetika, neft-qaz sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.


26-04-2022, 12:20 207

Digər xəbərlər

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1086