Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.
Sumqayit.tv xəbər verir ki, “Azeri Light” markalı neftin qiyməti 1 barel üçün 3,26 ABŞ dolları (3,45 %) artaraq 97,87 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.