Bu gün Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. XİN-dən Sumqayıt TV-yə verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.
Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.