Sumqayıt sakini 5 ildir "Kristal Abşeron"-dan şikayət edir- ŞİKAYƏT


Sumqayıt sakini Təranə Səmədova yaşadığı Kristal Abşeronun inşa etdiyi mənzildən şikayətçidir.
Sumqayit.tv
xəbər verir ki, bu barədə o anews.az-a bildirib. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Ads by 5 Reklamınızı SmartBee ilə effektiv edin. Sakin iddia edir ki, mənzilin şaxtasında yaranan problemə görə, onun evinə su damır və dəfələrlə bununla bağlı şikayət edilsə də, məsələyə baxılmır. "5 il əvvəl bura gəlmişəm, gəldiyim vaxtdan bəri mənzilin şaxtasında problem var. Yuxarı mərtəbədən evimə su gəlir və nəmlənirdi. Artıq 5-ci ildə vəziyyət daha pis olub. Dəfələrlə baş idarəyə, qaynar xəttə şikayət etmişik, lakin şikayətlərimizə baxılmır. Tələb edirik ki, bizdən yuxarıda qalan kimdirsə, onun mənzilindən baxıb problemi həll etsinlər. Onların evinə çıxıb, bunu düzəltmirlər. Mənim hamamımı deşiblər, hər birinin videosunu çəkmişəm. Biz problemi deyirik, yalandan gəlib, üzlük çəkirlər, oboy vurub gedirlər. Bu dəfə artıq icazə vermədim ki, problem kökündən həll edilsin. Baş idarəyə getmişəm orada heç kim məsələyə baxmadı. Müdriyyətin yanına buraxmadılar. Məcbur ərizə yazdım. Məni Sumqayıt baş ofisinə göndərirlər, amma ora mənim 5 ildir müraciətimə baxmır. İçəri otaqdan mənə baş mühəndis Fərman müəllimin nömrəsin verdilər. O evimə gəldi, fen ilə aşağıda yuxarı tutaraq qurutdular. Dedilər 2 gün gözləyək. 2 gündən sonra yenə eyni yer nəmləndi. Sonra dedilər ki, quruyub, lakin mən göstərdim ki, yenə eyni vəziyyətdi. Usta göndərdilər. Usta da fen ilə qurutmaq istəyəndə yuxarıdan çoxlu su töküldü. Problemim hələ də tamamilə həll edilmir", - Sumqayıt sakini şikayətində bildirib. Məsələ ilə bağlı Kristal Abşerondan anews.az-a bildirildi ki, sakin artıq 5 ildir həmin mənzildə yaşayır və uzun müddət yaşadığı üçün mənzilə qulluğu özü etməlidir. "Təranə xanım 5 ildir həmin mənzildə yaşayır. Bu o deməkdir ki, sakinlərimiz özləri mənzillərinə qulluq etməlidirlər. Bu şikayət bizə daxil olub. Sadəcə olaraq, biz mənzilləri inşa edib cəmiyyətə təhvil veririk. Mənzilə cəmiyyət baxır. Təranə xanım bizim mənzilin sakini olduğu üçün onun evinə əməkdaşlarımız baxış keçirməyi planlaşdırır. Məsələnin təcili olduğunu qeyd etdim. Əməkdaşlarımız sabah mənzilə baxış keçirəcəklər. Problemin şaxtadan və s. olması xanımın iddiasıdır. Baxış keçirildikdən sonra məsələ aydınlaşdırılacaq", - Həsənova əlavə edib.

4-11-2023, 09:30 409

Digər xəbərlər

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifədən azad olundu.  

SUMQAYITLI İQTİSADÇI PROFESSOR ŞƏFA ƏLİYEV ŞUŞADA BEYNƏLXALQ KONFRANSDA PLENAR İCLASDA ƏSAS MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB-FOTOLAR

Sabah Sumqayıtın bu ərazisində qaz olmayacaq

Məktəblərdə internetlə bağlı yeni layihəyə 8 milyon manat ayrıldı

Novxanı yolunda obyektdə yanğın baş verdi -VİDEO

Sumqayıt şirkəti məhkəmə qərarı ilə cərimə olundu

Sumqayıt buraxılış imtahanlarında yenə ön sıralarda

Sumqayıtda dezinfeksiya işləri gündəlik qrafik üzrə davam etdirilir

 Azərbaycan dili: milli kimliyimizin əbədi dayağı

Yaxın illərdə Sumqayıta metro xəttinin çəkilməsi nəzərdə tutulur

Ali Məhkəmə Sumqayıt məhkəməsinin qərarını ləğv etdi

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım

Avro və rubl yüksəldi – Dollar dəyişmədi

Külək Bakı–Sumqayıt qatarının hərəkətində ləngiməyə səbəb oldu

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

925 ailənin illərlə gözlədiyi problem həll olunur – "Stansiya Sumqayıt"da kanalizasiya xəttinin çəkilişinə başlanılıb-FOTO

Sumqayıtda zavod tüstüsü ilə bağlı narahatlıq: Sakinlər hər gün qalın tüstü müşahidə etdiklərini bildirirlər

Donald Tramp 2028-ci il seçkilərinə işarə edən fotolar paylaşdı

Sosis və kolbasa sevənlərin nəzərinə: Xərçəng riski ilə əlaqələndirilir

Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində milli ailə dəyərlərinə həsr olunmuş dəyirmi masa keçirilib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1088
Bu gün, 20:30
Bu gün, 20:11
Bu gün, 19:41
Bu gün, 17:27
Bu gün, 14:50
Bu gün, 13:53
Bu gün, 11:57
Bu gün, 11:50
Bu gün, 11:29
Bu gün, 10:20
Bu gün, 10:18
Bu gün, 10:16
Bu gün, 09:51
Bu gün, 09:45
Bu gün, 09:41
Bu gün, 09:30
Bu gün, 07:23
Bu gün, 06:42
Bu gün, 06:29
Dünən, 23:24
Dünən, 13:35
Dünən, 13:15
25-07-2026, 18:06
25-07-2026, 15:43
25-07-2026, 15:03
25-07-2026, 14:47
25-07-2026, 11:00
25-07-2026, 10:50
25-07-2026, 10:46
25-07-2026, 10:44
25-07-2026, 10:36
25-07-2026, 10:21
24-07-2026, 20:10
24-07-2026, 16:04
24-07-2026, 15:53
24-07-2026, 14:43
24-07-2026, 14:34
24-07-2026, 14:33
24-07-2026, 14:19
24-07-2026, 13:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1088