Qərbdə hazırlanan hesabat Ermənistanı qarışdırdı: Paşinyanla bağlı nə baş verir?

Azərbaycan əleyhinə əsassız məlumatlar təqdim etməklə bilinən Qərb mərkəzli “Freedom House” təşkilatı 2024-cü il üçün hesabatında yenidən Bakını hədəf alıb. Lakin budəfəki hesabatda qeyd edilən göstəricilər Ermənistanda da ciddi müzakirələrə səbəb olub.
Belə ki, Ermənistanda 2018-c ildə baş vermiş “məxməri inqliab”dan sonra ilk dəfədir demokratikləşmə prosesində geriləmənin yaşandığı, tənəzzülün müşahidə olunduğu bildirilib. Lakin buna səbəb kimi Qarabağda antiterror əməliyyatlarının keçirilməsi göstərilib. Hətta Azərbaycan “etnik təmizləmə”də ittiham olunub, Bakının İrəvana demokratik geriləməyə səbəb olduğu qeyd edilib.
Həmçinin aprelin 5-də ABŞ, Aİ və Ermənistan rəsmiləri arasında keçirilən görüşdən sonra artıq Nikol Paşinyanın Qərb üçün əhəmiyyətini itirdiyinə dair Ermənistan KİV-də məlumatlar yayıldı. Hətta hakim “Mülkü müqavilə” fraksiyasının əksər üzvlərinin onun yerinə daha çox Qərbyönümlü, Aİ və ABŞ-ın tələblərini yerinə yetirəcək birini seçdikləri bildirilir. Hətta “Freedom House”nin son hesabatı Qərbin Paşinyandan üzv çevirməsi kimi dəyərləndirilir.
Maraqlıdır, iddia edildiyi kimi Qərbin 5 aprel görüşündən sonra ona qarşı fikirləri dəyişib? Erməniyönümlü və anti-Azərbaycan mövqeyi ilə tanınan təşkilatın son hesabatının məqsədi nədir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Abdullayev Qərb mərkəzli təsislərin Azərbaycana qarşı qərəzli mövqeyinin təəccüb doğurmadığını deyib:
“Əgər bu təşkilat özünü bu qədər demokratiyanın, insan hüquqlarının carçısı hesab edirsə, niyə 1990-cı illərdə erməni silahlı birləşmələri Qarabağda qətliamlar törədərkən, 1 milyona yaxın azərbaycanlını öz torpaqlarından didərgin salarkən səslərini çıxarmırdılar? Qərbin bir çox “demokratik” təsisatları hər zaman olduğu kimi 2024-cü ilin hesabatında da qərəzli mövqe nümayiş etdirdilər. Həmişə Ermənistanın müdafiəsi ilə məşğul olublar. Bu gün də həmin tendensiya davam edir. Bu səbəblə təşkilatın son hesabatında Azərbaycanla bağlı mövqeyi təəccüb doğurmur”.

Elçin Abdullayev
Politoloq Qərbin Paşinyandan imtina etməsi ilə bağlı səsləndirilən fikirlərin reallığa uyğun gəlmədiyini bildirib:
“Düşünürəm ki, hazırkı situasiyada Qərbin Nikol Paşinyandan imtina etmək kimi bir niyyəti yoxdur. Ona olan etimadın itirilməsi fikrini də həqiqətə uyğun hesab etmirəm. Hər kəsə məlumdur ki, Nikol Paşinyanı hakimiyyətə məhz Qərb dairələri gətirib. Onun bu vəzifəyə təyinatının səbəbi və məqsədi bəlli idi. Qərb dairələri bununla Rusiyanın Ermənistandakı dayaqlarını sarsıtmağı düşünürdülər. Buna da müəyyən qədər nail ola bildilər. Qərb dairələri Paşinyanın əli ilə Rusiyanın Ermənistandakı siyasi rıçaqlarını sıradan çıxarmağı bacardılar. Bu prosesi digər sahələr üzrə də davam etdirilər. Belə olan məqamda Qərbin indiki vəziyyətdə Paşinyandan imtina etməsi fikri inandırıcı görünmür”.
E.Abdullayev deyib ki, Qərbin Paşinyandan imtina etməsi yalnız iki halda mümkündür:
“Ümumiyyətlə Qərb dairələrinin Nikol Paşinayana etimadının yox olmasına dair məlumatları yayan Ermənistan KİV-lərinin arxasında böyük ehtimal Rusiya dayanır. Onlar erməni ictimaiyyətində Paşinyana qarşı Qərbdə ümidsizliyin olduğu fikrini formalaşdırmağa çalışırlar. Bununla xalqın Paşinyanın hakimiyyətdə qalmasına qarşı çıxmasını və ona olan inamın yox olmasını istəyirlər. Qərb və Rusiyanın Ermənistanda apardıqları mübarizə hələ yekunlaşmayıb. Bu səbəblə Qərbin baş nazirdən imtina edəcəyini düşünmürəm.
Qərb Paşinyandan yalnız iki halda imtina edə bilər. Birincisi, o zaman ki, Paşinyan üzərində qurulan plan tam olaraq başa çatdırılsın. Lakin indiki vəziyyətdə biz hələ bu layihənin yekunlaşmadığını görürük. İkincisi, əgər Nikol Paşinyanı başqa bir qərbmeyilli siyasətçi ilə əvəz etmək düşüncəsi varsa, o zaman ondan imtina edə bilərlər. Lakin indi Ermənistanda Paşinyanı əvəz edə biləcək ikinci bir şəxs yoxdur”.
Ayşən Mustafa
Globalinfo.az

16-04-2024, 11:25 141

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 20:00
Bu gün, 19:01
Bu gün, 09:07
Bu gün, 08:36
Dünən, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972