“Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətin səhmdarların Ümumi Yığıncağı keçiriləcək.Sumqayit.tv xəbər verir ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.
Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimidir:
1. “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətinin mühasibat balansını, mənfəət və zərər hesabatlarını təsdiq etmək;
2. Digər məsələlər.
Qeyd edək ki, “Sumqayıt Polimer” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 1 483 504 manatdır.