İran əks-hücum üçün zaman gözləyir: “Müharibə olarsa, regionda çox böyük fəlakət baş verə bilər”


İran ordusu noyabrın 4-ü saat 02:30-dan noyabrın 6-sı saat 18:30-a qədər hava məkanının bağlanması barədə bildiriş dərc edib.
Bu barədə "Azad İran" məlumat yayıb. Bildirişdə qərarın səbəbi kimi silah atışları göstərilib. Digər tərəfdən, son 24 saat ərzində ABŞ B-52 strateji bombardmançı təyyarələrini yenidən Yaxın Şərqə göndərib.
Görünür ki, İran ABŞ-də seçki günü İsrailə hücum etmək istəyir.
 
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Elçin Abdullayev qeyd edib ki, dünyada, o cümlədən də Yaxın Şərqdə çox böyük siyasi proseslər baş verməkdədir:
 
“Təhlükəli məqam  isə odur ki, bu siyasi proseslər nə vaxtsa hərbi qarşıdurma səviyyəsinə çata bilər. Amerika Birləşmiş Ştatlarında noyabrın 5-də seçkilər keçiriləcək və bu seçki ərəfəsində İran ABŞ- dən hər hansısa bir özünə qarşı təhdid və yaxud da zərbə endiriləcəyini düşünür. Çünki İran- İsrail münaqişəsinin fonunda hər zaman Amerika Birləşmiş Ştatları İsraili dəstəklədiyini bəyan edib və İrana bir az da irəli gedərsə, daha ağır zərbələr vuracağını bildirib”.
 
Amerika Birləşmiş Ştatlarının B- 52 strateji bombardmançı təyyarələrinin Yaxın Şərqə göndəriyini deyən siyasi şərhçi hesab edir ki,  ABŞ bombardmançı təyyarələrinin Yaxın Şərqdə olması həm də İran dövləti üçün bir təhdid variantı sayılır:
 
“Belə olan halda, İran dövləti özünün təhlükəsizliyini təmin etmək, özünü sığortalamaq niyyəti ilə belə bir qərar qəbul edə bilər ki, hava məkanını bağlasın. Bu da məlumdur ki, sonuncu dəfə İsrail tərəfindən İrana, xüsusən də hərbi bazalarına RA hərbi təyyarələr vasitəsilə zərbələr vuruldu və İran tərəfi isə bunun İsrailin yanına buraxmayacağını və daha sərt İsrailə cavab verəcəyini bildirdi. Hətta İranın ali dini lideri Ali Xameneyi artıq orduya İsraili vurmaqla bağlı əmr verdiyi xəbərlər də gəlməkdədir. Mümkündür ki, bütün bunların fonunda İran dövləti İsrailə cavab zərbələri endirsin və bu səbəbdən də özünün hava məkanını bağlamış olsun. Eyni zamanda, bu addımla İran İsrail tərəfdən və yaxud da İsrailin müttəfiqləri tərəfindən ölkəyə endiriləcək zərbələrin qarşısını almağa çalışır.  Bölgədə çox bir təhlükəli siyasət yürüdülür. Əgər İranla İsrail dövləti arasında hər hansı bir müharibə başlamış olarsa, heç şübhəsiz ki, digər dövlətlərə də  çox böyük zərbələr dəyə, regionu xaos bürüyə bilər. Bu baxımdan müharibənin baş verməsini arzu etməyənlərdənik. Müharibə olarsa, mütləq ki, regionda çox böyük fəlakət baş verə bilər”.
 
Mehin Mehmanqızı

4-11-2024, 18:00 158

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086