"Qərb müstəmləkəçilik siyasətinə yenidən qayıdır" - Açıqlama


ABŞ prezidenti Donald Tramp yenidən siyasi gündəmin mərkəzinə çevrilib. Onun 47-ci prezident postuna əyləşdiyi ilk günlərdən verdiyi bəyanatlar, xüsusilə də Qəzza ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Trampın bu mövqeyi beynəlxalq hüququn pozulması ilə yanaşı, bölgədə gərginliyi daha da artıracaq bir addım kimi qiymətləndirilir. Məsələnin daha geniş perspektivdən qiymətləndirilməsi isə bu addımın qlobal güc balansına və digər münaqişələrə, o cümlədən Rusiya-Ukrayna savaşına da təsir edəcəyi ehtimalını ortaya qoyur.
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Elçin Abdullayev bildirib ki, Tramp  qeyri -müəyyən bir şəxsdir və o hələ 2017-ci ildə Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçildiyi gündən verdiyi bəyanatlar və atdığı addımlarla hər zaman dünyanı çaşbaş salmağı bacaran bir insan idi. O, istər seçki kampaniyası dövründə, istərsə də 47-ci prezident postuna əyləşdiyi ilk gündə yenə də öz ənənəsinə sadiq qalaraq ağlasgəlməz bəyanatlar verdi və qərarlar qəbul etdi:
“O cümlədən də həmin qərarlardan biri Qəzza sakinlərinin ərazidən köçürülməsi məsələsidir ki, bu cür bəyanat kifayət qədər radikal bəyanatdır. Trampın bu cür bəyanat səsləndirməsi Ağ ev üçün yad deyil. Çünki Qərb dünyası, hər zaman başqa xalqları torpaqlarından çıxarmaqla, başqalarının torpaqlarına  sahib olmaqla öz siyasətlərini irəli sürüblər. Bir növ Qərb müstəmləkəçilik siyasətinə yenidən qayıdır və Amerika Birləşmiş Ştatları liderliyinə  yenidən qayıtmaq istəyir. O cümlədən, Donald Trampın Qəzza ilə bağlı verdiyi bəyanat da məhz onların müstəmləkəçilik siyasətinin olmasına dayanır”.
Siyasi şərhçi hesab edir ki,  Trampın bu yanaşması ilk növbədə beynəlxalq hüququn pozulmasıdır:
“Beynəlxalq hüququn pozulması ilə bərabər, eyni zamanda etnik təmizləmə siyasətinə xidmət edən bir bəyanatdır. Bu baxmdan Netanyahu iqtidarının  Qəzzada törətdiklərini ört basdır etmək üçün Donald Tramp belə bir bəyanat səsləndirdi. Çünki Qəzzada soyqırımı araşdıran beynəlxalq məhkəmə var idi ki, artıq Donald Tramp bu gün onlara da sanksiya tətbiq etdi. Bu da ondan xəbər verir ki, Tramp Netanyahu hakimiyyətinin Qəzzada törətdiklərini birbaşa ört- basdır etmək niyyəti güdür və bu nöqteyi nəzərdən Qəzza sakinlərinin ərazidən çıxarılmasını və oranın müvəqqəti olaraq qısamüddətli və yaxud uzunmüddətli nəzarəti altına keçməsini tələbini irəli sürür. Hər -halda Trampın bu cür bəyanat səsləndirməsi Yaxın Şərqdə vəziyyətin stabilləşməsinə sakitləşməsinə xidmət etmir. Artıq  47-ci prezidentinin məlum bəyanatından sonra istər Qəzza rəhbərliyi, istər Fələstin liderləri, istərsə də ərəb dövlətlərinin bir sıra liderləri buna kəskin etiraz etdilər”.
E.Abdullayev Ukraynaya dəstək verən ölkələrin Trampın Qəzzayla bağlı atdığı addımlarına kəskin reaksiya verməyəcəyini vurğulayıb:
“Putinin Ukraynada Trampın bu addımından sonra müharibəni dayandıracaqmı?Putin müharibəni dayandırmayacaq. Əksinə, Putinin əlində daha bir əsas ola bilər ki, dünyaın ən hegemon dövləti və özünün demokratiyanın beşiyi sayan Amerika Birləşmiş Ştatları əgər Qəzza da bu cür siyasət yürüdürsə və bu siyasətin adı müstəmləkəçilik siyasətidirsə, o zaman mən niyə Ukraynadan əl çəkim, deyə bilər. Bu baxımdan düşünürəm ki, Trampın bu addımı Qəzza istiqamətində verdiyi bəyanat kökündən yanlışdır. Amma Tramp qeyri -müəyyən insandır. Ola bilər ki, Tramp bu cür bəyanatı verməklə həm də bir yayındırma siyasəti həyata keçirir. Mümkündür ki, onun beynində daha başqa planlar var. Sadəcə olaraq dünya İctimaiyyətinin nəzərini məhz Qəzzaya yönəltməklə, o, özünün beynində düşündüyü digər planları həyata keçirmək üçün də belə bir bəyanat səsləndirə bilər. Hər halda gözləyək baxaq görək nə olacaq”.
 
Mehin Mehmanqızı 

8-02-2025, 00:18 86

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086