
Son günlərdə Türkiyənin gündəmində olan Kanal İstanbul layihəsi ilə bağlı sosial mediada və müxtəlif media orqanlarında çox sayda fərqli fikir ortaya çıxır. Bir qisim bu layihəyə “Türkiyə bitər” yanaşması ilə qarşı çıxarkən, digər bir qisim isə layihəni müdafiə edir.Qardaş Türkiyədəki inkişafların bizlər üçün də böyük əhəmiyyət daşıdığını nəzərə alaraq, Sumqayıtdan Türkiyəyə köçmüş, hazırda Türkiyədə yaşayan və Türk siyasətini müstəqil şəkildə izləyən tanınmış jurnalist Nigar Ögedayla bu mövzunu müzakirə etdik.
-
Nigar xanım, Kanal İstanbul ilə bağlı sosial mediada heç də xoş olmayan fikirlər dolaşır. Sizcə, nə olacaq?Türkiyə son illərdə, öz taleyini özü təyin etmək üçün mühüm addımlar atır. Müdafiədən enerji sektoruna, nəqliyyatdan diplomatiyaya qədər hər sahədə atılan milli addımlar, qlobal güc mərkəzlərinin heç də xoşuna gəlmir. Kanal İstanbul da bu böyük yürüşün ən bariz nümunələrindən biridir.
Bugün bəzi çevrələr bu layihəyə qarşı güclü bir təbliğat aparır. Ətraf mühit həssasiyyəti, iqtisadi yük kimi bəhanələrlə xalqın zehinlərinə qorxu toxumları atılmağa çalışılır. Lakin, Türkiyə kimi köklü bir dövlətin, belə bir böyük layihəyə körü-körü girəcəyi inandırıcı deyil.
-
Bəs, doğru olan nədir?Kanal İstanbul sadəcə bir kanal deyil, eyni zamanda bir müstəqillik layihəsidir. Boğazlardan keçən gəmi trafiki hal-hazırda Türkiyənin tam nəzarətində deyil. Montre Sazişinə bağlıyıq. Kanal İstanbul sayəsində Türkiyə, öz inşa etdiyi su yolu üzərindən keçişləri birbaşa idarə edəcək. Bu da həm iqtisadi gəlir əldə etməyə, həm də strateji üstünlük əldə etməyə imkan verəcəkdir.
Bəzi insanlar bu layihəyə qarşı çıxdıqda, fərqində olmadan — ya da bilərək — qlobal maraq dairələrinin işinə xidmət edirlər. Çünki bu layihə yalnız beton tökmək məsələsi deyil; gələcəyimizin formalaşdığı bir dövlət suverenliyi məsələsidir.
Gerçək vətənpərvərlik hər layihəyə körü-körü alqış tutmaq deyil; xalqın gələcəyini maraqlandıran strateji layihələrə sahib çıxmaqdır. Türkiyə, öz qərarlarını alacaq və öz layihələrini həyata keçirəcək gücdədir. Kanal İstanbul, bu əzm və qərarın bir nümayişidir. Bugün atılan bu addımlar, sabahın müstəqil Türkiyəsini formalaşdıracaqdır.
-
Kanal İstanbul’un Türkiyəyə Qazandıracağı Potensial Faydaları:
1.
Montrö Sazişinə Alternativ Bir Yol: Boğazlardan keçişi tənzimləyən Montrö Sazişi bəzi məhdudiyyətlər gətirir. Kanal İstanbul isə tamamilə Türkiyənin nəzarətində olacaq və bu güzergahtan keçəcək gəmi və yüklerden sərbəst şəkildə gəlir əldə etmək imkanı yaradacaq.2.
İstanbul Boğazının Yükünün Azaldılması: Hər il minlərlə gəmi Boğazdan keçir. Kanal İstanbul, xüsusən də təhlükəli yükləri daşıyan gəmilər üçün alternativ bir yol təmin edərək Boğazdakı qəza risklərini azalda bilər.3. Yeni İqtisadi Sahələrin Yaradılması: Kanal ətrafında yaradılacaq yeni məskunlaşma sahələri, ticarət, mənzil, turizm və sənaye sahələrinə böyük bir iqtisadi potensial gətirəcəkdir. Bu da yeni iş yerləri və gəlir artışı təmin edə bilər.4. Strateji Güc və Suverenlik Artışı: Türkiyə, bu kanal sayəsində dəniz yolları üzərində daha müstəqil bir hakimiyyət qura bilər və Xəzər dənizinə girmə-çıxma halları üzərində daha effektiv nəzarət qura bilər.5. Yatırım və İnfrastruktur İnkişafı: Layihə, tikinti, nəqliyyat və logistik sahələrində böyük yatırımları stimullaşdıraraq Türkiyənin ümumi infrastruktur keyfiyyətini artıracaqdır.-
Lakin, xalq bu qazançları çox zaman bilmir...- Türk insanının xaricdən hazırlanmış yalanlara körü-körü inanması, milli gələcəyimizi təhlükəyə atar. Araşdırmadan və düşünmədən, Türk dövlətinə qarşı yazılmış senaryoları izləmək, bir millətin öz ayağına kurşun sıxmasıdır.
Türkün qərarı Ankarada verilir; Vaşinqtonda, Brüsseldə, Londrada deyil! Qlobal təzyiqlərə qarşı durmaq, milli layihələrə sahib çıxmaqla mümkündür.
- Sizce Kanal İstanbul layihəsi uğur qazanacaqmı?
-
Çətin olacaq. Lakin Türk dövlət aklı, Türkiyənin güclənməsi üçün doğru bir yola çıxmışdır.Unutmayaq ki, Kanal İstanbul’a qarşı çıxanların, tarixi araşdırdıqda, Türkiyənin azad və müstəqil addımlarına qarşı həmişə bənzər bir mövqe sərgilədiklərini görə bilərik. Bu, sadəcə bir layihə və ya inşaat məsələsi deyil; bir milli müstəqillik mübarizəsidir.
Məsələn, Kiprdə Maraşın açılmasına qarşı çıxanlar, yenə də Türkiyənin müstəqilliyini, suverenliyini və regional gücünü möhkəmləndirəcək addımlara qarşı çıxanlardır. Türkiyənin öz ərazilərində atdığı hər azad addımda maneə olmağa çalışan, daxili və xarici təbliğat kampaniyaları aparanların məqsədi aydındır: Türk dövlətini zəiflətmək və qlobal maraqlar doğrultusunda formalaşdırmaq.
Ayasofya’nın məscid olaraq yenidən açılması kimi, Kanal İstanbul da Türkiyənin suverenlik hüquqlarını gücləndirən strateji və tarixi bir addımdır. Ayasofyanın məscid kimi açılması İstanbulun mənəvi kimliyini və Türkiyənin müstəqil qərar qəbul etmə gücünü simvollaşdırırdı. Eyni şəkildə, Kanal İstanbul, Türk millətinin öz iç gücünü və gələcəyinə yön vermə iradəsini göstərir.
Türkiyənin atdığı bu addımlar, sadəcə bir torpaq məsələsi deyil, həm də qlobal hegemonluq güclərinə qarşı verilən bir mübarizənin simvoludur.
Nəticə olaraq, bu layihələrə qarşı çıxanlar, Türkiyənin öz yolunda müstəqil şəkildə irəliləməsindən narahat olanlardır. Kiprdən Ayasofyaya, Kanal İstanbuldən daha bir çox layihəyə qədər, Türkiyənin suverenliyini və müstəqilliyini gücləndirən hər addımda bəzi çevrələr həmişə maneə olmağa çalışmışdır.
Amma bu, heç vaxt dayandırıla bilməyəcək bir yürüyüşdür. Qlobal təzyiqlərə qarşı durmaq, milli layihələrə sahib çıxmaqla mümkündür.
Yusif Onur