Ərdoğanın Bakıda dediyi şeir İranı niyə qıcıqlandırmışdı? – Pezeşkian isə…

 

2020-ci ilin dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının Azadlıq meydanında söylədiyi şeir Tehranda ciddi narahatlıq doğurmuş, İran tərəfi bunun ölkənin ərazi bütövlüyünə işarə kimi qəbul olunduğunu bildirmişdi. İndi isə İran Prezidenti Məsud Pezeşkianın Bakıda şeir deməsi diqqət çəkib.

Maraqlıdır, bu dəfə Tehran özü bu ədəbi jestin mümkün siyasi mənalarını müzakirə edəcəkmi? Yoxsa bu şeir fərqli kontekstdə qəbul ediləcək?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, Prezident Ərdoğanın 2020-ci ildə Bakıda səsləndirdiyi “Arazı ayırdılar” şeiri İranda ciddi narazılığa səbəb olmuşdu:

“İran rəsmiləri buna sərt reaksiya verdi və qınadı. Lakin İran Prezidenti Məsud Pezeşkianın dünən Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi Məhəmmədhüseyn Şəhriyarın şeiri Ərdoğanın söylədiyi misralar qədər etiraz doğurmayacaq.

İran Prezidenti Məsud Pezeşkianın səsləndirdiyi Məhəmmədhüseyn Şəhriyarın şeiri 

Ərdoğanın şeiri milli birlik və ərazi bütövlüyünə çağırış kimi qəbul olundu, Pezeşkian isə daha çox mədəni yaxınlıq mesajı verdi.

elcin abdullayev

Elçin Abdullayev

Pezeşkianın milli kimliyi İranda yaşayan etnik Azərbaycan türklərinə bağlıdır, lakin onun İranın mövcud siyasi sisteminə sadiqliyi də şübhə doğurmur. Bu baxımdan Pezeşkianın Bakıda Şəhriyarın şeirini səsləndirməsi Tehranda bəzi dairələrdə müəyyən fikir mübadiləsinə səbəb olsa da, ciddi narazılıq yaradacağı ehtimalı azdır”.

Xatırladaq ki, Prezident Ərdoğan 2020-ci ilin 10 dekabr tarixində Bakının Azadlıq meydanında Qarabağ Zəfərinə həsr olunan hərbi paradda söylədiyi bu şeir Tehran rejimini narahat etmişdi:

Arazı ayırdılar
Mil ilə doyurdular
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə Bakıda səsləndirdiyi “Arazı ayırdılar” şeiri

Safura Bənnayeva

 


1-05-2025, 16:36 128

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086