""Böyük Qayıdış" proqramı Azərbaycanın siyasi gündəliyində sadəcə sosial layihə deyil" - ŞƏRH EDİLDİ

"Heç kimə sirr deyil ki, 2020-ci il 44 günlük Vətən müharibəsi, eyni zamanda 2023-cü il iki günlük antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkənin siyasi gündəliyində xüsusi yer tutan bir mərhələyə qədəm qoydu ki, bu mərhələnin adı "Böyük Qayıdış"dır: ""Böyük Qayıdış" təkcə humanitar yaxud da, sosial-iqtisadi mərhələdən ibarət deyil. Burada həm də milli birliklə yanaşı milli təhlükəsizlik məsələsi də önəmli rol oynayır.

Bu gün Qarabağ torpaqlarında iqtisadi canlanma var. Bu canlanma şəhərlərarası iqtisadi tarazlığın bərpasına xidmət edir. Azərbaycan insanının əksər hissəsi özünün dolanışığını Bakı üzərindən və digər böyük şəhərlər üzərindən təmin etməyə çalışır. Artıq Qarabağda həyata keçirilən iqtisadi layihələr, infrastruktur layihələri insanların həm də işlə təmin olunmasına, onların ailələrini dolandırmasına xidmət edir. Bu, məsələnin iqtisadi tərəfidir. Amma milli kimlik və ədalətin bərpası baxımından da çox böyük önəm var. 30 ilə yaxın müddət ərzində öz doğma yurd-yuvalarından qovulmuş insanların yenidən öz doğulduqları torpaqlarına qayıtması tarixin ən böyük ədalətinin bərpasıdır.

Qarabağ torpağında "Böyük Qayıdış" proqramı çərçivəsində infrastrukturların yenidən formalaşdırılması və orada mülki həyatın bərpası həm ölkə daxilində, həm də regional təhlükəsizlik baxımından da xüsusi önəm daşımalıdır. Nəticədə "Böyük Qayıdış" proqramı mənə görə Azərbaycanın siyasi gündəliyində sadəcə sosial layihə deyil. Bütövlükdə Qarabağa dönüş prosesi həm də tarixi ədalətin və ölkədaxili, regional təhlükəsizliyin nişanəsi kimi qəbul olunmalıdır".

Müəllif: Söylü Ağazadə

21-05-2025, 19:31 199

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086