Azərbaycan və Türkiyə ilə bağlı arzuolunmaz iddia – Budapeştdə nə baş verdi?

 

Son vaxtlarda Türkiyə-Azərbaycan münasibətlərində gərginlik və ya müəyyən soyuqluq yaşandığına dair iddialar tez-tez gündəmə gəlir. Buna səbəb kimi Azərbaycanın İsraillə yaxın əlaqələri və paralel olaraq Türkiyənin Ermənistanla sərhədi müvəqqəti də olsa açması göstərilir. İddia olunur ki, bu addımlar iki qardaş ölkə arasında strateji anlaşılmazlıq yaradıb.

Bununla belə, Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Budapeştdə baş tutan son görüşü və oradakı səmimi görüntülər fərqli mənzərənin yaranmasına səbəb oldu.

Ankara ilə Bakı arasında münasibətlərin pozulması barədə səslənən fikirlər nə qədər əsaslıdır?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, zaman-zaman Türkiyə və Azərbaycan arasında münasibətlərin soyuqlaşdığına dair iddialar irəli sürülür:

“Bu, normal haldır. Çünki iki ölkə arasındakı münasibətlərin yaxşı olması müəyyən dairələr tərəfindən xoş qarşılanmır. “Türkiyə və Azərbaycan münasibətləri soyuyub”, “bu dövlətlər bir-birinə qardaş deyillər” və s. kimi açıqlamalar həmin dairələrin şişirdilmiş yanaşmasının nəticəsidir. Əslində isə vəziyyət belə deyil.

elcin abdullayev

Elçin Abdullayev

Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bu münasibətlər yalnız sözlə deyil, əməldə də özünü göstərir. Siyasi və hərbi sahələrdəki əməkdaşlıq da bunun bariz nümunəsidir.

Azərbaycan və Türkiyə strateji tərəfdaşlardır. Onları bir-birinə bağlayan dərin strateji əlaqələr mövcuddur. İrəli sürülən iddialar Bakı–Ankara münasibətlərini pozacaq səviyyədə deyil. Bu cür fikirlərlə iki ölkə arasında münasibətləri sarsıtmaq mümkün deyil.

Siyasətdə bəzən fərqli addımlar atıla bilər. Məsələn, rəsmi Ankaranın hansısa bir addımı Bakının ürəyincə olmaya, yaxud əksinə ola bilər. Amma bu o demək deyil ki, iki ölkənin dərin əlaqələri həmin an pozulacaq, kölgə altında qalacaq”.


22-05-2025, 20:47 191

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086