Bakı üçün verilən anons Kiyevdə təkrarlandı: Kremldən ermənilərə xüsusi tapşırıq, bu həftə…

 Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycan və Ermənistan liderlərinin cümə günü ABŞ-da bir araya gələcəyi və burada sülh sazişinin imzalanacağına dair məlumatlar yayıldı.

Digər tərəfdən, eyni gündə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bu həftə Rusiya ilə müharibənin sona çatması üçün real şansın yarana biləcəyini açıqladı. ABŞ-ın yaxından izlədiyi iki regionda münaqişə tərəfləri ilə bağlı eyni məzmunlu məlumatların yayılması diqqət çəkir.

Ağ Evin hər iki münaqişəni eyni həftədə həll etməsi nə dərəcədə mümkündür? Rusiya və Ukrayna arasında müsbət irəliləyiş ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçilik rolunu üzərinə götürməklə regionun hamisi kimi çıxış etməyə çalışır:

Moskva isterika içində: “Bakı ilə Ankara birləşir, dəhliz açılır, Rusiya isə…”

“Cümə günü baş tutması planlaşdırılan görüşdə tərəflər arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Lakin münasibətlərdə müsbət irəliləyişlər əldə edilə bilər. Yekun sülh sazişinin imzalanması üçün hər iki ölkənin cəmiyyətləri hazır olmalıdır. Azərbaycandan fərqli olaraq, Ermənistan cəmiyyətinin buna hazır olduğunu düşünmürəm. Ermənistanda Rusiya yönümlü güclü müxalifət formalaşıb. Onlar Kremldən gələn göstərişlərlə Bakı və İrəvan arasında imzalanacaq sülh sazişinə mane olmağa çalışırlar. Eyni zamanda, Azərbaycanın Ermənistan qarşısında qoyduğu haqlı öhdəliklər də yerinə yetirilməyib”.

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin bu həftənin sonuna kimi başa çatması mümkün deyil:

“Andrey Yermakın belə optimist fikirlər səsləndirməsi ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Mən Azərbaycan–Ermənistan və Rusiya-Ukrayna gərginlikləri arasında müəyyən əlaqələrin olduğunu düşünürəm. Hər iki məsələdə Rusiya və ABŞ faktorları, həmçinin onların arasındakı açıq mübarizə aydın görünür. Rəsmi Vaşinqton münaqişə tərəflərini sülhə razı salmaqla regionda söz sahibi olduğunu təsdiqləmək istəyir. Moskva isə hər addımda bunun qarşısını almağa çalışır”.

Safura Bənnayeva

6-08-2025, 10:39 342

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086