İlham Əliyev Hikmət Mirzəyevlə Zaur Məmmədovu mükafatlandırdı

Prezident Hikmət Mirzəyevlə Zaur Məmmədovu da mükafatlandırdı

Prezident İlham Əliyev bu gün Azərbaycan Xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Hikmət Mirzəyev və Şuşanın ilk komendantı, general-mayor Zaur Cavanşiri (Məmmədov) mükafatlandırıb.
Sumqayit.tv  xəbər verir ki, hər iki general “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir.
O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı - ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.
XTQ komandanlarından biri, Cavanşirlər sülaləsindən olub Pənahəli xan nəslinin nümayəndəsi, “Zəfər paradı”nda meydanda “Zəfər bayrağı”nı daşıyan Zaur Məmmədov dekabrın 7-də general-mayor rütbəsi alıb.
Zaur Məmmədov qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirən döyüş bayraqdarları qrupuna başçılıq edib.
Z.Məmmədov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, Şuşanın və Füzulinin azad edilməsinə görə də mükafatlandırılıb.

24-06-2021, 11:54 587

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086