Sumqayıta gediş daha da asanlaşdı – marşrut şəbəkəsi genişləndirildi

 

Bakıdan Sumqayıt istiqamətinə hərəkət edən sərnişinlər paytaxtın müxtəlif ərazilərindən bu istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarından istifadə edə bilirlər.
Sumqayit.tv Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “Operativ Məlumat Mərkəzi – OMM”ə verdiyi məlumata əsasən, Sumqayıta daha qısa zamanda çatmaq istəyən sərnişinlər üçün bir neçə marşrut imkanı mövcuddur.

Məlumata görə, “Avtovağzal” metrostansiyasından fəaliyyət göstərən 595 nömrəli ekspres marşrut xətti “Neoplan” tipli avtobuslarla sürətli daşınmanı təmin edir. Bununla yanaşı, Saray qəsəbəsi istiqamətindən keçən 503 nömrəli müntəzəm xətt də Sumqayıta hərəkət edən sərnişinlər üçün əlçatan marşrutlardan biridir. Bakı–Sumqayıt şossesi boyunca ayrılan xüsusi avtobus zolağı isə hərəkətin daha rahat və maneəsiz təşkilinə şərait yaradır.

Bu həftənin sonundan etibarən marşrut şəbəkəsi daha da genişlənəcək. Belə ki, sərnişinlər Sumqayıta artıq “Azadlıq prospekti” metrostansiyasından da yola düşə biləcəklər. Yeni istifadəyə veriləcək 123 nömrəli müntəzəm xətt “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə birləşdirəcək. Xətt üzrə hər gün 15 avtobusun fəaliyyət göstərməsi planlaşdırılır.

Sərnişinlər üçün digər çıxış nöqtələri də mövcuddur. “20 Yanvar” metrostansiyası yaxınlığından Xırdalan şəhərinə 119 və 135 nömrəli, Masazır qəsəbəsinə isə 525 nömrəli marşrut xəttləri xidmət göstərir. Bu istiqamətlərdən keçməklə sərnişinlərin Sumqayıta və Abşeronun digər ərazilərinə rahat şəkildə çatması mümkündür.

AYNA-nın məlumatına görə, hazırda Bakıdan Sumqayıt və Abşeron rayonunun müxtəlif istiqamətlərinə avtobuslarla gündəlik təxminən 80 min sərnişin daşınır. Paytaxtın istənilən ərazisindən metro və avtobus vasitəsilə “Avtovağzal” stansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) rahat gediş mümkündür. HUB-dan Bakı, Sumqayıt və Abşeron istiqamətlərində ümumilikdə 27 marşrut xətti üzrə 260-dan çox avtobus fəaliyyət göstərir.


9-12-2025, 14:51 224

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086