Sumqayıtda DOST Mərkəzi tikiləcək

 

Azərbaycanın bölgələrində yeni 6 DOST Mərkəzinin tikintisi planlaşdırılır. Bu mərkəzlərdən biri də Sumqayıt şəhərində fəaliyyət göstərəcək.

Sumqayit.tv Reporta istinadən xəbər verir ki, hazırda Sumqayıt, Naxçıvan, Quba, Sabirabad, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması məqsədilə layihələndirmə, eləcə də təmir-tikinti işləri aparılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında məlumat verilib.

İclasda çıxış edən Müşahidə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə indiyədək Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, eləcə də Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial xidmətlərin “bir pəncərə” prinsipi əsasında, müasir, çevik və tam şəffaf mexanizmlərlə vətəndaşlara təqdim edilməsinə imkan yaradır.

Məlumata görə, DOST mərkəzlərində indiyədək 4 milyondan çox vətəndaşa xidmət göstərilib, vətəndaş məmnunluğu səviyyəsi isə 98,7 faiz təşkil edir.

İclasda vurğulanıb ki, gələcəkdə Azərbaycanın bütün bölgələrinin, o cümlədən Sumqayıt şəhərinin DOST xidmətləri ilə tam əhatə olunması nəzərdə tutulur.


23-12-2025, 16:23 195

Digər xəbərlər

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
1 2 3 4 5 6 7 8 9 10 ... 1086