Diaspor fəaliyyətinə sədaqətin təntənəsi: Sumqayıtlı xanım jurnalist təltif olundu

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan və uzun illərdir milli maraqlarımızın müdafiəsində fəal iştirak edən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Sumqayit.tv xəbər verir ki, bu ali dövlət mükafatına Türkiyədə yaşayan jurnalist, yazar və tərcüməçi Nigar Ögeday da layiq görülənlər sırasındadır.

Uzun illərdir media sahəsində, ictimai platformalarda və diaspor mühitində Azərbaycan həqiqətlərini yorulmadan işıqlandıran Nigar Ögeday bu təltifin onun üçün həm qürurverici, həm də gözlənilməz olduğunu bildirib.


Nigar Ögeday deyir:


“Bu ada məni layiq görən dövlətimə, ölkə başçımıza, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Komitənin bütün əməkdaşlarına və Türkiyə–Azərbaycan dərnəkləri federasiyasına sonsuz təşəkkürümü bildirirəm. Məni tanıyanlar yaxşı bilir: mən Vətənimə və millətimə xidmətdə heç vaxt qarşılıq gözləməmişəm. Bundan sonra da eyni düşüncə ilə yoluma davam edəcəyəm. Bu medal mənim üçün sürpriz oldu.”


O, eyni zamanda media nümayəndələrinin Azərbaycan mətbuatının 150 illiyi münasibətilə təltif edilməsinə də toxunaraq, bu mükafata layiq olan çox sayda dəyərli qələm sahibinin olduğunu vurğulayıb və hamısını ürəkdən təbrik edib.

Nigar Ögeday səmimi etiraf edir ki, bu yola çıxarkən qarşısında asan yol olmadığını bilirdi:


“Mən bu yola çıxanda daşlı-kəsəkli bir yol olduğunu bilə-bilə ayaqyalın yeriməyə başladım. Özüm üçün heç vaxt mükafat gözləməmişəm.”


Xüsusi diqqət çəkən məqamlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun medal təqdimatı zamanı söylədiyi fikirlər olub. Fuad Muradov qeyd edib ki, Nigar Ögeday zaman-zaman onu da tənqid edib, lakin bu tənqidlər qərəzli deyil, gördüyü yanlışlara əsaslanıb:


“Biz də çalışmışıq ki, qaldırdığı məsələlərin həllini tapaq. Tənqiddən qorxmaq olmaz. Doğru tənqid tərəqqidir.”


Bu yanaşma, sağlam tənqidə açıq dövlət–diaspor münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilir.

Nigar Ögeday təşəkküründə Prezident İlham Əliyevi, Fuad Muradovu və komandası — Pərviz Məmmədzadəni, Cavid İsmayılı, Kenan Məmmədovu və Diaspor Komitəsinin digər əməkdaşlarını xüsusi qeyd edib. Bununla yanaşı, o bildirib ki, onun üçün ən böyük mükafat 5 il öncə Qarabağın azad olunmasıdır:


“Artıq heç bir mükafat məni bu qədər sevindirə bilməz. Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna və xalqımıza minnətdaram.”


Nigar Ögeday bu medalı təkcə öz adına deyil, ətrafında bu ada layiq olan çox sayda insanın adından qəbul etdiyini vurğulayıb. O, Roza İbadova Kocamaz, Məhseti Şərif, Cəvahir Əhmədova, İsa Ambarcı kimi Azərbaycan mədəniyyətinə və diaspor fəaliyyətinə böyük töhfələr vermiş şəxslərin adını xüsusig qeyd edib və gələcəkdə onların da bu ali mükafata layiq görüləcəyinə ümid etdiyini bildirib.

Xüsusilə Roza İbadovanın fəaliyyətində həyat yoldaşının dəstəyini vurğulayan Nigar Ögeday qeyd edib ki, Roza 10 ildir Türkiyədə fəaliyyət göstərir və keçirdiyi tədbirlərin çoxunda həyat yoldaşının dəstəyi ilə çalışır, həmçinin ehtiyacı olan ailələr üçün şəxsi resurslarını səxavətlə xərcləyir. Bu səbəbdən medalın bir hissəsi Roza İbadova və onun davamlı səylərinə də ithaf olunur.

Eyni zamanda, təltif olunanlar sırasında yer alan Eşref Tuna da xüsusi hörmətlə xatırlanıb. Nigar Ögeday qeyd edib ki, 15 ildir İzmir şəhərində yaşadığı müddətdə bu insanların İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi çərçivəsində daim Azərbaycanın haqq davasının yanında olduqlarının şahidi olub.

Mükafat bir sədaqətin davamıdır

Nigar Ögeday çıxışı zamanı mərhum dərnək başqanları Mülazim Paşa və Seyfəddin Ayakyayını da dərin ehtiramla anıb. O bildirib ki, bu mükafatı onların əziz xatirəsinə ərmağan edir. Hər iki mərhumun rəhbərlik etdiyi dərnəklərin təşkil etdiyi tədbirlərə dəfələrlə dəvət aldığını və həmin platformalarda Azərbaycanın səsi olmağa çalışdığını xüsusi vurğulayıb.

Eyni zamanda Nigar Ögeday qeyd edib ki, bu mükafat onun üçün təkcə şəxsi dəyər daşımır:


“Bu medalı həm də düşmən işğalı altında qalan ata yurdum üçün, yeni Qərbi Azərbaycan uğrunda apardığımız haqq mübarizəsi naminə qəbul edirəm.”


Sonda Nigar Ögeday bir daha dövlətinə minnətdarlığını ifadə edərək, Diaspor fəaliyyətinin ona görə medala ölçülmədiyinil, Vətən naminə aparılan bir mübarizə olduğunu bildirdi.

P.S. Xatırladaq ki, Nigar xanım həm də Sumqayıtın yetşdiriyi söz adamaı, dava adamıdır. 

Müəllif: Sumqayit.tv


28-12-2025, 10:22 585

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060