Sumqayıtda 10V nömrəli marşrut problemi sakinləri çətin vəziyyətə salıb

 

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev yaşayış massivi, Kosmanaft ərazisi, Kərim Kərimli küçəsi, 40 nömrəli məktəbin yaxınlığında yol və ictimai nəqliyyatla bağlı ciddi problemlərin olduğu bildirilir.
Bu barədə Sumqayit.tv-yə müraciət edən sakinlərin sözlərinə görə, qeyd olunan ərazidə yolların vəziyyəti uzun müddətdir qənaətbəxş deyil. Bildirilir ki, xüsusilə 10V nömrəli marşrut avtobusunun hərəkət etdiyi istiqamətdə yolun nahamar olması səbəbindən, nəqliyyat vasitələrinin hərəkəti sözün həqiqi mənasında sərnişinlər üçün problrm yaradır.
Sakinlər qeyd edir ki, bu marşrutdan hər gün çox sayda insan – yaşlılar, tələbələr, uşaqlar və hamilə qadınlar istifadə edir. Yolun bərbad vəziyyətdə olması isə sərnişinlər üçün ciddi narahatlıq yaradır və bəzi hallarda sağlamlıq baxımından risklərə səbəb olur.
Eyni zamanda vurğulanır ki, sözügedən marşrut üzrə mərkəzə çatmaq təxminən 40-45 dəqiqə çəkir və bu müddət ərzində mövcud şəraitdə hərəkət etmək vətəndaşlar üçün əlavə çətinlik yaradır.
Məsələ ilə bağlı sakinlər aidiyyəti qurumlara müraciət edərək, həm yol infrastrukturunun bərpası, həm də 10V nömrəli marşrut avtobuslarının texniki vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsini xahiş edirlər.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.


18-03-2026, 21:10 115

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086